|
Müəllif: Rizvan Bağırlı
|
|
01.03.12 11:43 |
|
Bu gün də veb dizayn mövzusunu davam etdirmək istərdim. Bu dəfəki mövzuda interyer dizayn studiyası üçün veb saytın dizaynının hazırlanması prosesini göstərəcəm. Yekunda səliqəli, modern görünüşlü bir sayt alınacaq. Beləliklə başlayaq...
|
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
11.02.12 12:12 |
|
Adobe İllustrator-la bağlı materialları dərc etməyə başlayarkən proqram haqqında ümumi məlumat, sənədin yaradılması və alətlərlə bağlı heç bir məlumat verməmişdim. Buna səbəb isə bu mövzuda proqramın Photoshop-a oxşarlığı, strukturun təxminən eyni olması idi. Photoshop-la bağlı adı çəkilən dərslər isə saytda artıq yayımlanıb. Lakin video-dərslərə başlayarkən qərara gəldim ki, oxuyucular İllustrator-la bağlı ətraflı məlumat əldə edə bilsinlər. Ona görə də bu günkü video-materialda Adobe İllustrator-da yeni sənədin hazırlanması, sənədin parametrləri, bəzi alətlər haqqında məlumat verəcəm.
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
09.02.12 12:45 |
|
Çoxsaylı oxucu təkliflərini nəzərə alıb bu gündən etibarən saytda dizayn və qrafik proqramlara həsr olunmuş video materiallar hazırlayıb sizə təqdim edəcəm. İlk video-dərs piksel və vektor qrafikası anlayışına həsr olunub. Videoya baxdıqdan sonra yeni başlayanlar bu iki qrafika arasındakı fərqin nədən ibarət olduğunu anlayacaq, birinin digərindən hansı üstünlüyə malik olduğunu başa düşəcəklər. Mövzu ilə bağlı sual və təkliflərinizi yazmağı unutmayın.
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
08.02.12 12:59 |
|
Adobe Illustrator-la bir neçə dərsdən ibarət ümumi tanışlığın 3-cü hissəsinə çatdıq. Bildiyiniz kimi Adobe Photoshop-la bu proqramın ümumi interfeysi və menyu sistemi oxşar olduğundan təkrar tanışlığı lazım bilmədim. Çünki bloqdakı ilk dərslərimizdə bu barədə ətraflı məlumat vermişdim. Əvəzində İllustratorla tanışlığı daha çox istifadə olunan pəncərələrin və alətlərin izahatı ilə davam etdiririk. Növbə İllustrator-da ən çox istifadə olunan pəncərələrdən birinə çatdı: Brushes (Fırçalar).
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
03.02.12 11:32 |
|

Photoshop-da korreksiyedici rəng maskalarından istifadə haqqında artıq bir dəfə söz açmışdım. Lakin iki, hətta üç səbəbə görə bu mövzuya təkrar qayıtmaq istədim. Əvvəla Photoshop-da maskalar mövzusunu silsilə olaraq davam etdirmək üçün bu mövzunun da bir daha öyrənilməsi qaçılmaz idi. İkincisi ona görə ki, rəng maskaları profesional iş üçün ən vacib elementlərdən biridir. Bu mövzunu mükəmməl bilən insan dizayn və foto-montaj işini texniki cəhətdən yüksək səviyyədə görə biləcək. Üçüncü səbəbin isə özünəməxsus yeri var: dizayner olaraq işlədiyim ilk iş yerimdə, mətbəədə bəzən köməkçi dizaynerə ehtiyac olurdu...
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
20.01.12 20:49 |
|
İllüstratorla tanışlığımızı davam etdirək. Bu gün də çox istifadə olunan pəncərələrdən biri ilə tanış olacağıq — Stroke (Xətt). Nümunə üzərində Stroke pəncərəsinin ayrı-ayrı hissələrinin nəyə cavab verdiyini izah edib, bu pəncərədən düzgün istifadə üçün lazım olan məıumatı verməyə çalışacam.
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
17.01.12 11:24 |
|
Photoshop həvəskararına ilk maraqlı və çətin görünən işlərdən biri də ağ-qara fotonun rəngliyə çevrilməsidir. Əslində bu iş bir o qədər də çətin deyil. Sadəcə düzgün, təbii görünən rəngi seçib lazım olan hissəyə tətbiq etmək lazımdır. Ağ-qara fotonun rənglənməsində çətinlik insan olan foto ilə işləyərkən meydana çıxır. Dərinin rəngini və tonunu almaq çətin olduğundan nəticə bəzən təbii görünmür. Ona görə də bu materialı iki hissəyə ayırdım — birinci hissədə nisbətən asan fotonun, ikinci hissədə isə insan olan fotonun rənglənməsi prosesinə nəzər salacağıq.
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
09.01.12 17:55 |
|
Photoshop-da işləyərkən bəzən proqramın öz alət və funksiyaları yetərli olmur. Bu zaman xüsusi kiçik proqramlar — plaqinlər köməyimizə gələ bilər. Bundan sonra imkan düşdükcə faydalı plaqinlər haqqında materiallar hazırlayıb, sizə təqdim edəcəm. Tanışlıq üçün ilk olaraq GuideGuide plaqinini seçdim.
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
05.01.12 11:32 |
|
Photoshop-da maskalarla iş mövzusunu davam etdirək. Bu dəfə digərlərindən faydalılığı ilə heç də fərqlənməyən, hətta əksər hallarda daha faydalı olan Clipping Mask haqqında danışacağam.
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
23.12.11 22:06 |
|
Tipoqrafika dedikdə ümumilikdə, mətnin müəyyən norma və qaydalarla bədii tərtibatı nəzərdə tutulur. Hal-hazırda tipoqrafika qrafik dizaynda günü-gündən daha çox aktuallaşmağa başlayır. İstər çap dizaynı olsun, istərsə də veb dizaynda tez-tez istifadə olunan böyük ölçülü mətn başlıqları, yalnız mətndən ibarət dizaynlar, müxtəlif formalara salınmış mətn obyektləri və s. buna əyani sübutdur. Aşağıda görəcəyiniz tipoqrafik posterlərdəki metodlardan siz də istifadə edib, maraqlı nəticələr əldə edə bilərsiniz.
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
19.12.11 13:07 |
|
Bu gündən başlayaraq daha bir tilsimi sındırmaq qərarına gəldim — azdizayner-də Adobe İllustrator-a həsr olunmuş materiallar hazırlayacam. Ənənəvi olaraq başlanğıcda proqramla ümumi tanış olub, tədricən onu dizayn işlərində tətbiq edəcəyik. Ümid edirəm ki, bu yenilik çoxlarının ürəyincə olacaq. Beləliklə başlayaq...
|
|
|
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>
|
|
|