8 mart Qadınlar Bayramı üçün açıqca dizaynı
Müəllif: Rizvan Bağırlı   
07.03.11 12:23

 

Hər kəsə salam olsun! )) Sabahkı bayramı nəzərə alıb, xanımlarımıza saytımızın ampulasına uyğun bir təbrik hazırladım. Dərs və dərsin sonunda alınan dizaynları xanımlarımıza hədiyyə olaraq qəbul edin. Ümid edirəm əks cinsə mənsub oxucularımız məndən inciməzlər ;). Beləliklə maraqlı mövzuya start verə bilərik.

Bu effekti Remir adlı Dağıstanlı dizayner dostum "fikirləşib" və bu haqda demiart.ru saytında da məqalə yazıb. Mən də dizayn işlərində bu effektə müraciət etmişəm və sizlər üçün də faydalı olacağını düşünüb bu gün sizə də bir az fərqli formada təqdim edirəm.

Açıqcanın dizaynı Corel Draw proqramında hazırlanacaq. İlk olaraq boş səhifə yaradıb, Ellipse Tool (F7) alətini aktiv edirik.

Aşağıda gördüyünüz formada ellips çəkin. Sonra zövqünüzə görə istədiyiniz bir rəngi verin.

Transparency alətini aktivləşdirin.

Ellips aktiv olmaq şərtilə Transparency Tool alətiylə xətti qradient formasında obyektin üzərində şaquli hərəkət edirik. Oxun qara marker olan hissəsi şəffaf olacaq, ağ olan hissə isə olduğu kimi qalacaq - bir sözlə klassik maskalama prinsipi.

Nəticə aşağıdakı şəkildə aydın görünür.

Alınmış yarımşəffaf ellipsi kopyalayıb aşağıda gördüyünüz formada yerləşdirin.

Hər iki ellpisi qruplaşdırıb (Ctrl+G), kopyalayın. Kopyalanmış obyektin üzərində bir də klik edin ki, fırlanma markerləri aktiv olsun.

Ctrl düyməsini sıxıb saxlamaqla ikinci obyekti sağa doğru fırladın. Ctrl düyməsini saxlamaqla obyektin 15, 30, 45 və s dərəcə bucaq altında fırlanmasına nail olacaqsınız ki, belədə obyekt daha səliqəli alınacaq.

Əməliyyatı aşağıdakı nəticəni alana kimi davam etdirin.

Zövqünüzə görə qarşı ellipsləri müxtəlif rəngli edin. Nəticədə aşağıda gördüyünüz kimi çox orijinal, rəngarəng bir gül şəkli əmələ gələcək.

Alınmış gülü kopyalayıb, mərkəzə doğru kiçildib, gördüyünüz effekti ala bilərsiniz.

Alınmış rəsmi müxtəlif formada açıqcada istifadə etdim. Bu birinci versiya:

İkinci variant:

Son versiya:

Bu günlük də bu qədər əziz oxucu...

Bir daha qadınlarımızı sabahkı bayram münasibəti ilə təbrik edirəm, onlara hər zaman gül kimi gözəl və təravətli, sağlam və xoşbəxt olmalarını arzu edirəm! Təbriklər... 



8 mart Qadınlar Bayramı üçün açıqca dizaynı
 

Şərhlər  

 
#9 Rufat 2011-06-05 15:12
Çalışacam mən də düzəldim
Sitat
 
 
#8 admin 2011-03-29 10:28
Buyur Sahsuvar ))
Hamının eyni stildə işləməsi mütləq deyil. Təcrübə artdıqca hər kəs özündə bir stil formalaşdırır. Kimisi minimalist olur, kimisi maksimalist... Əsas dur ki, hər kəs öz yolunu müəyyən edə bilsin.
Sitat
 
 
#7 Guest 2011-03-26 12:36
Menim xowuma geldi,amma sade bir weydir,ozum dizayner iwleyirem,hele bele sade qrafika ile iwlememiwem. Cox sag olun!!! TEWEKKURLER!!!!
Sitat
 
 
#6 admin 2011-03-10 11:33
Könül xanım məncə insanlara yuxarıdan aşağı baxmağınız heç də yaxşı iş deyil! ;)
Sitat
 
 
#5 Guest 2011-03-10 00:10
Designer,superl iyi nedi?senin zeif olmaqin:)))))
Sitat
 
 
#4 admin 2011-03-09 11:25
Mehman halal xosun! ))

Tebii Könül xanım dizaynda ideal deyilen bir şey yoxdur! Here öz gördüyü kimi hazırlayır...
Sitat
 
 
#3 Guest 2011-03-09 11:24
mence super
Sitat
 
 
#2 Guest 2011-03-08 18:17
daha yaxsisi ola bilerdi:)))
Sitat
 
 
#1 Guest 2011-03-07 23:11
Teshekkur! Ela alinib!
Yeri gelmishken 8 mart bayrami munasibetile saytin xanim istifadechileri ni tebrik edir, onlara xoshbextlik arzulayiram!
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə