| Corel Draw-da modern vektor fonun hazırlanması |
| Müəllif: Rizvan Bağırlı |
| 05.04.11 14:25 |
|
Corel Draw dərslərinin azlığını nəzərə alıb, bu gün bu mövzuda bir material hazırladım. Corel Draw vasitəsilə maraqlı və bir o qədər də müasir görünə biləcək fonun hazırlanmağına nəzər salaq. Bu tip fonlar istər çap, istərsə də veb dizayn da istifadə oluna bilər. Ellipse alətini aktivləşdirib, istənilən rəngdə bir dairə çəkirik.
Dairənin kopyasını çıxarıb, ağ rəngə boyayıb, aşağıda gördüyünüz formada yerləşdiririk.
Obyektləri bir yerdə qruplaşdırıb, kopyasını çıxarırıq. Sonra isə şəkildə gördüyünüz formada sağa doğru hərəkət etdiririk. Hərəkət etdirən zaman Shift düyməsini sıxıb saxladıqda obyektin hərəkəti düz xətt üzrə olacaq. Obyekti istədiyiniz yerə çatdırdıqda mausun sol düyməmsini buraxmadan öncə, sağ düyməni basıb saxlayıb, sonra ilk olaraq sol, ardınca sağ düyməni buraxın. Belə olduqda obyektin kopyası həmin yerdə əmələ gələcək. (Corel Draw-da işləməklə bağlı faydalı məsləhətlər)
Yuxarıdakı əməliyyatı bir neçə dəfə təkrar edin. Bunun üçün sadəcə olaraq, Ctrl+D düyməsini basın.
Eyni qayda ilə alınmış obyektləri şaquli istiqamətdə çoxaldın.
Obyektləri qruplaşdırıb, menyudan Effects-Add Perspective bölümünü klik edin.
Obyekt qırmızı rəngli çərçivəylə əhatə olunacaq. Künclərdə isə transformasiya olunmaq üçün qara markerlər olacaq. Onları hərəkət etdirməklə obyektə perspektiv vermiş olacağıq. Aşağıdakı şəkildən işin mahiyyəti aydın olacaq.
Yuxarıdakı əməliyyatdan sonra obyekt şəkildə gördüyünüz formanı alacaq.
Obyektin aşağı hissəsindəki markerləri kənarlara hərəkət etdirməklə pespektivi bir az da kəskinləşdirək.
Sonra isə aşağı, orta hissədən tutub yuxarı doğru transformasiya edək.
Alınmış son obyekti kopyalayıb, şaquli istiqamətdə çevirib, şəkildə gördüyünüz kimi yerləşdirək.
Fonda düzbucaqlı çəkib, dairəvi qradientlə rəngləyək.
Alınmış obyekti düzbucaqlının üzərinə qoyaq.
Daha dinamik olsun deyə onları 45 dərəcə bucaq altında çevirək.
Alınmış obyekti və fonu müxtəlif formalara salmaqla maraqlı nəticələr əldə edə bilərsiniz. Tipoqrafik element əlavə etməklə bu günkü işi tamamlamış oldum.
Növbəti dərslərdə görüşmək ümidiylə, hələlik... )) Oxşar mövzular
|



































Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.