| Corel Draw – proqram interfeysi ilə ümumi tanışlıq |
| Müəllif: Rizvan Bağırlı |
| 20.03.10 00:12 |
|
Fotoşop-un interfeysi ilə ümumi tanışlıqdan sonra növbə Corel Draw (Korel Drou) proqramına gəldi. Sözü uzatmanadan ümumi görünüşə bir az göz gəzdirək. Proqramı açdıqdan sonra əksər proqramlardan sizə tanış ola biləcək panelləri, menyunu, boş sənədi görəcəksiniz. Onu da qeyd edim ki, mövzuları işləyərkən mən (hələlik) Corel Draw proqramının x4 (14-cü) versiyasından istifadə edəcəm. Adobe Photoshop-la ümumi tanışlıq zamanı menyu, alətlər və nəzarət paneli, funksional pəncərələr mövzusuna toxunduğumuz üçün gəlin eyni şeyləri çox təkrarlamayaq. Proqram əsasən bu hissələrdən təşkil olunub: 1. Menyu 2. Dinamik nəzarət paneli 3. Alətlər paneli 4. Boş sənəd 5. Pəncərələr 6. Rənglər pəncərəsi 7. Status paneli
Artıq qeyd etdiyim kimi, əvvəlki mövzumuzda menyu, onun funksional tərəfləri, xüsusiyyətləri haqqında bəhs etmişdik. Ümumiyyətlə, 99% hallarda hər bir proqram menyu ilə təchiz olunur. Menyunun iş prinsipini yaxşı başa düşən hər ir istifadəçi çox asanlıqla müxtəlif proqramlara uyğunlaşa bilər. Çünki menyuda həmin proqrama xas olan fərdi funksiyalar olduğu kimi oxşar tərəfləri də çox olur. Məsələn, "fayl", "redaktə", "pəncərələr" kimi bəndlərə əksər proqramın menyusunda rast gələ bilərsiniz. Zəif ad fərqliliyi ola bilər. Bu sizi bir o qədər də narahat etməsin. Fotoşopdan fərqli olaraq Corel Draw daha dinamik nəzarət paneli ilə təchiz olunub. Və bu panelin hissələrini çox asanlıqla redaktə etmək mümkündür. Nəzarət panelinin üzərində mausun sağ düyməsini basın. Açılan siyahıdan müxtəlif panelləri əlavə edib və ya yığışdırmaq olar. Bundan başqa hər bir istifadəçi bu panellərin siyahısına işinə uyğun gələn istənilən sayda panel də əlavə edə bilər. Bu barədə daha ətraflı növbəti mövzularda.
Və ən nəhayət proqramın aşağı hissəsində olan Status paneli. Bu paneldə çəkdiyiniz qrafik obyektin ölçüləri haqqında müxtəlif informasiya əks olunur. Obyektin özünün və kənarlarının rənglərinə də bu paneldən nəzarət etmək mümkündür.
Proqramla ümumi tanışlıq bu qədər. Növbəti dərslərdə toxunduğumuz termin və anlayışlara daha detallı tanış olacağıq. Görüşənədək... Oxşar mövzular
|



























Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.