Corel Draw proqramında kölgə effekti – Interactive Drop Shaddow
Müəllif: Rizvan Bağırlı   
08.06.10 22:46

Bu dəfəki yazıda dizayna yeni başlayan həvəskarların ən sevimli effekti olan kölgə haqqında danışacam. Daha doğrusu kölgə və onun kiçik nəzəri-praktiki tərəfini Nigar xanımın tərcümə etdiyi məqalədə görmüşdük. Bu günki dərsin mövzusu konkret Corel Draw proqramında kölgə effektinin əldə olunması, Interactive Drop Shaddow aləti, bəzi tənzimləmələr haqqında olacaq.

Beləliklə, boş səhifə yaradıb istənilən mətni daxil edin və ya hər hansı bir obyekt çəkin.

1-azdizayner-cdrkolge

Alətlər panelindən Interactive Drop Shaddow alətini aktivləşdirin.

2-azdizayner-cdrkolge

Yaranan xüsusi görünüşlü ox işarəsi vasitəsilə obyektin (mətnin) üzərində klik edib, mausu buraxmadan müəyyən istiqamətə hərəkət etdrin.

3-azdizayner-cdrkolge

Və mausun düyməsini buraxın. Beləcə keyfiyyətsiz və kobud olsa da, kölgə effektini almış oluruq.

4-azdizayner-cdrkolge

Effekti yığışdırmaq üçün Nəzarət Panelindəki Clear Drop Shaddow düyməsini basın.

5-azdizayner-cdrkolge

Kölgəni hazır müəyyən olunmuş şablon formalar əsasında da vermək olar. Bunun üçün Nəzarət Panelində, sol tərəfdə açılan menyudan istədiyiniz bir formanı seçin.

7-azdizayner-cdrkolge

Belədə mausla heç bir hərəkət etmədən, qabaqcadan müəyyən olunmuş parametrlər daxilində kölgə effekti alınacaq.

8-azdizayner-cdrkolge

Bu effektlə bağlı Nəzarət Panelində çox işlədəcəyiniz bir neçə praktik funksiya mövcuddur. Onların bəziləri ilə tanış olaq.

9-azdizayner-cdrkolge

"Qədəh" və "lələk" şəkilli işarələr, belə deyək kölgənin görüntüsünü müəyyən edən əsas alətlərdir. "Lələk" işarəli parametri tənzimləməklə kölgənin yayılmasını, “qədəh” işarəsinin göstəricisini dəyişməklə şəffaflığını müəyyən edə bilərik.

10-azdizayner-cdrkolge

Yuxarıdakı göstəricilərdən sonra şəkildə gördüyünüz effekti almaq olar.

11-azdizayner-cdrkolge

Gördüyünüz kimi effekt çox kobud və qeyri-real oldu. Kölgə çox yayılıb və səliqəsiz görünür. Parametrləri dəyişək

12-azdizayner-cdrkolge

Və nəticəyə baxaq.

13-azdizayner-cdrkolge

Növbədə gələn Feather direction funksiyası ilə kölgənin yayılmasının istiqamətini (içəri, çölə və s.)

14-azdizayner-cdrkolge

Feathering Edges funksiyası ilə yayılmanın künclərinin vizual görüntüsünü (xətti, kvadrat və s.) müəyyən etmək olar.

15-azdizayner-cdrkolge

Kölgəyə rəng də vermək olar. Nəzarət Panelindəki rəng palitrasından istədiyinizi seçib, kölgənin rənginin necə olacağını təyin edin.

16-azdizayner-cdrkolge

Kölgənin parametrlərini səliqəli görünüş alınana qədər tənzimləyib uyğun bir fonda yoxlayaq.

17-azdizayner-cdrkolge

Məncə nəticəni qənaətbəxş hesab etmək olar. Təbii ki, yaxşı nəticə üçün konkret bir göstərici yoxdur ki, onu mütləq olaraq sizə deyim. Hər şey zövqə, dizayna, tapşırığa bağlıdır. Bundan əlavə kölgənin texniki tərəfləri ilə artıq keçmiş dərslərdə tanış olmuşduq.

Corel Draw proqramında kölgəni sadəcə obyektin arxasına yaymaqla deyil, obyektin şaquli şəkildə durduğu müstəviyə salmaqla da yaratmaq olar.

Nəzarət Panelindəki şablonları açıb haqqında danışdığımız uyğun effekti seçək.

18-azdizayner-cdrkolge

Bu da effektin nəticəsi.

19-azdizayner-cdrkolge

Nəticə hər zaman olduğu kimi bizi qane etmir. Nəzarət panelindən rəngi və şəffaflığı tənzimləyək. Yeri gəlmişkən bayaqkı parametrlərdən fərqli olaraq bu kölgə tipində daha iki parametr əlavə olunur. Kölgənin uzunluğunu və uc hissədə şəffaflığını müəyyən edən parametrlər.

20-azdizayner-cdrkolge

Bu da yekun effekt.

22-azdizayner-cdrkolge

İdeal olmasa da hazır effektə nisbətən daha yaxşı oldu. Yeri gəlmişkən tez-tez dizayn işlərində dizaynerlərin kölgə ilə “kobud və laqeyd” rəftar etdiklərini görmək olar. Hazır parametrlər tənzimlənmir, rəng ancaq qara, ya da mövzuya aid olmayan rəngdə olur. Bu da yekunda işin qeyri-professional olmasına gətirib çıxarır...

Sözüm bura qədər ))). azdizayner-də, növbəti dəsrlərdə görüşənədək, hələlik...



Corel Draw proqramında kölgə effekti –  Interactive Drop Shaddow
 

Şərhlər  

 
#4 Guest 2011-05-05 23:35
bilirdim daha deqiq bildim tewekkur))))
Sitat
 
 
#3 Guest 2010-06-15 14:46
Beli, fikrinizle tamamiyle raziyam.
Sitat
 
 
#2 admin 2010-06-10 17:00
Təbii ki, əgər bu effektin reallaşdırılmas ı da gözəl həyata keçirilibsə ;) Məncə kölgə sadəcə obyekti qabarıq şəkildə göstərməyə lüzum olduqda istifadə olunmalıdır. Harda gəldi necə gəldi kölgə qoymaq müasir dizaynla yad şeylərdir. Yəni konkret bir missiya yerinə yetirəcəksə qoymaq lazımdır, yox əgər heç nə etmirsə kölgəsiz yazı daha sadə və səliqəli görünür...
Sitat
 
 
#1 Guest 2010-06-10 09:32
Kolge effekti fiqura ve yaziya cox gozel goruntu vermekle onu cox ferqli ve goze xosh bir shekilde insanlara tesir edirir.
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə