| Corel Draw proqramında rəng keçidləri (Fountain fill) |
| Müəllif: Rizvan Bağırlı |
| 03.05.10 14:11 |
|
Salam azdizayner.com oxucuları. İnternetlə bağlı texniki problemlər olduğu üçün bir neçə gündü sayta material yerləşdirə bilmirdim. Üzürlü hesab edin ;) Bunun əvəzini maraqlı bir Korel dərsi ilə çıxmağa çalışaq. Bu dəfəki mövzuda Corel Draw qrafik redaktorunda rəng keçidlərinin (Gradient və ya Fountain Fill) necə çəkildiyini öyrənək.
Proqramda boş səhifə yaradıb düzbucaqlı çəkin (F6).
Alətlər panelindən Fill - Fountain Fill bölməsinə daxil olun. Şəkildən də göründüyü kimi prosesi tezləşdirmək üçün sadəcə klaviaturanın F11 düyməsini basmaq kifayət edər.
Nəticədə ötən dərslərdə tanış olduğumuz Outline Pen pəncərəsinə çox oxşayan belə bir pəncərə açılacaq.
Bu pəncərə əsasən 2 praktik hissədən ibarətdir: 1. Type – rəng keçidinin hansı formada olmasını müəyyənləşdirən siyahı və bu keçidləri tənzimləyən parametrdən ibarət yuxarı hissə. Type bölməsinə daxil olub burada hansı tip rəng keçidlərin mövcud olması ilə tanış olaq.
Linear – xətti keçid: bu zaman rənglər bir düz vektor xətti üzrə dəyişir Son iki keçid forması bir o qədər də praktik deyil, ona görə də üzərində durmaq istəmirəm. Daha bir səbəb var. Yeni başlayanlar dizayna fərqlilik gətirmək üçün tez bu iki tip rəng keçidinə müraciət edirlər. Amma sizə kim desə ki, bu tip təng keçidi dizayna gözəllik verdi inanmayın, o sizə dəhşətli yalan danışmaqla məşğuldur )). Rəng keçidlərindən düzgün istifadə ilə bağlı növbəti mövzularda söz açılacaq. Hələlik isə xətti keçidlə tanış olaq. Aşağı hissədən hansı rənglərdən istifadə edəcəyimizi müəyyən edək. Gördüyünüz kimi burada iki tip rəng seçimi var: Two color (iki rəng) və Custom (müəyyən olunmuş). Hələki iki rəngin dəyişmə halına baxaq. Başlanğıc və son rəng olaraq açıq və tünd göyü seçdim.
Pəncərənin yuxarı sağ hissəsindən rəng dəyişmə xəttinin bucağını (Angle) da tənzimləmək olar. Adi halda bu parametr 0 dərəcə olur və sağdan sola doğru dəyişir. Mən isə rənglərin yuxarıdan aşağı doğru dəyişməsini istəyirdim və buna görə də bucağı -90 dərəcə etdim. Siz də zövqünüzə görə istənilən bir bucaq seçə bilərsiniz.
Bütün bunlardan sonra OK düyməsini basaraq nəticədən zövq ala bilərik))
Düzbucaqlı aktiv olmaq şərtilə yenə eyni pəncərəni açıb (F11) digər tipi – Radial-ı nəzərdən keçirək
Fərqli olsun deyə başlanğıc rəngi daha tünd etdim
Digər parametrlərə əl vurmadan hər şeyi olduğu kimi saxlayaq. Bu da ikinci nəticə
İndiki halda Radial qradientin mərkəzi nöqtəsi düzbucaqlının da mərkəzinə düşür. Lakin bu mərkəzi dəyişməklə daha bir maraqlı, praktik rəng effekti almaq olar
Center offset parametrlərini oynatmaqla mərkəzi rahat dəyişmək olar. Amma bu bir o qədər də praktik deyil. Daha asan variant yuxarı sağ küncdə olan rəngli kvadratın üzərində mausla tıklayıb asta sağa-sola və yuxarı-aşağı hərəkət etdirin. Mərkəzin necə dəyişdiyinin şahidi olacaqsınız.
İndiyə kimi keçidlər yalnız iki, başlanğıc və son rənglər arasında baş verirdi. Amma bu iki nöqtə arasına əlavə rəng nöqtələri də əlavə etməklə daha mürəkkəb rəng keçidi əldə etmək olar. Custom blend məhz buna xidmət edir
Bu rejimi aktiv edən kimi pəncərədə rəng şkalası əmələ gəlir. Bu şkalanın istədiyiniz yerində tıklamaqla əlavə aralıq nöqtələr daxil edə bilərsiniz. Eyni nöqtənin (markerin) üzərində təkrar qeydetmə onun silinməsiylə nəticələnəcək. Beləliklə, mən daha iki nöqtə əlavə edib rəngləri dəyişdim (nöqtəni aktiv edib sağ tərəfdəki rənglərdən birini seçdim).
Bu da ümumi görüntü
Və onun nəticəsi
Qradientlə işləməyin daha asan bir yolu da var. Sonda rəng keçidi tətbiq etdiyimiz düzbucaqlını qeyd edib klaviaturanın “G” düyməsini sıxaq. Nəticədə düzbucaqlının üzəri də keçidi vizual göstərən vektor - ox əmələ gələcək.
Bu oxu dəyişməklə, üzərindəki aralıq nöqtələri silib, əlavə etmək və onları sürüşdürməklə birbaşa obyektin üzərində rəngləri tənzimləmiş olarıq.
Bu funksiyaya alətlər panelindən müraciət etmək üçün İnteractive Fill Tool (G) düyməsinə müraciət etmək lazımdır.
Bu zaman proqramın yuxarı hissəsində olan Nəzarət Panelində bəzi tənzimləmələri aparmaq üçün müvafiq bölmə aktiv olur.
Elə buradan rəngləri, bucağı və keçidin tipini tənzimləyə bilərsiniz.
Keçidlərlə işləmək üçün daha bir yer hər zaman olduğu kimi proqramın sağ kənarında yerləşən Obyekt Parametrləri pəncərəsidir (Alt+Enter)
Burada, elə birinci bölmədəki açılan siyahıdan Fountain Fill funksiyasını aktiv edib işimizi davam etdirə bilərik. Beləliklə, Corel Draw proqramının maraqlı funksiyalarından biriylə də yaxından tanış olduq. Gələn dərslərdə Dizayn aləminə səyahətimiz davam edəcək. Hələlik, azdizayner.com-da növbəti dərslərdə görüşənədək.. Oxşar mövzular
|







































