| Corel Draw proqramının köməkliyi ilə əyrixəttli abstrakt fonun hazırlanması |
| Müəllif: Rizvan Bağırlı |
| 04.09.10 15:23 |
|
Endirim kartı üçün dizayn dərsində istifadə etdiyim abstrakt fonun necə hazırlandığına nəzər salaq. Kifayət qədər qısa olan materialın sayəsində maraqlı nəticələr almaq üçün bu metodu mənimsəmiş olacaqsınız... Boş sənəd yaradıb (Ctrl+N) iki paralel düz xətt çəkin.
Hər ikisni aktiv edib Blend pəncərəsini açın. Menyu - Effects - Blend
Keçid üçün addım sayını olduğu kimi, yəni 20 ədəd saxlayın.
Alətlər panelindən Shape Tool (F10) alətini seçirik.
Başlanğıc xəttin təxminən orta hissəsindən iki dəfə klik edib sındırırıq.
Sınmış nöqtədən tutub sağa doğru dartaq.
Eyni qayda ilə son xətti də deformasiya edək.
Sınma nöqtəsini aktiv edib Nəzarət Panelindən Convert Lines to Curve düyməsini basırıq. Belədə iti uclu əyilmə ellipsvari əyilmə ilə əvəzlənəcək.
Bunun üçün sadəcə həmin sınma nöqtələrini Delete düyməsi vasitəsilə silmək lazımdır.
Başlanğıc xəttlərin ölçü, rəng və formasını "oynatmaqla" maraqlı nəticələr almaq olar.
Effektin alınması haqqında bu qədər. Müxtəlif dizayn işlərində praktiki tətbiqi haqqında növbəti materiallarımızda... Hələlik!
Oxşar mövzular
|





























Şərhlər
X4 ve X5 yaxshi deyil... men hamisinnan istifade etmiwem, amma menim ucun en rahat olan Corel Draw X3-du
Fikrimcə hələlik ən optimal versiya budur. Amma fikirlər fərqli ola bilər. Məsələn, X5 son versiyadır, adətən təzə versiyada yeniliklər olur, köhnədən qalan problemləri həll edirlər və s.
Fotoşopa qalanda, mən CS3-ü işlədirəm, uzun müddət də onu dəyişmək fikrim yoxdur ))
Ok .. onda axtarib CS 4 Portable versiyasini taparam... meslehet uchun teshekkur
Bir de ki Corel Draw hansi versiya meslehtlidir??
RSS – bu irəlidəki şərhlər üçün.