| Corel Draw vasitəsilə 2011-ci il üçün təqvim dizaynı (3-cü hissə) |
| Müəllif: Rizvan Bağırlı | |||||||||
| 26.11.10 10:51 | |||||||||
|
Keçən mövzuda yarımçıq qalan cədvəli tamamladım. Bayramları qırmızı rənglə qeyd etdim, həftənin günlərini əvvəlki 70%-li qara rəngdən 100%-li qaraya dəyişdim. Cədvəldəki çatışmazlıqları, səliqəsizliyi aradan qaldırdım. Sonda belə bir nəticə alındı.
Dərsi hazırlayarkən 2011-ci ilin hansı "heyvan ili" olduğunu internetdən öyrənməyə cəhd etdim. İlk gördüyüm nəticədə Əjdahanı gördüm. Buna görə də dizayn üçün internetdən maraqlı bir illüstrasiya tapdım və dizaynı bu şəkil üzərində qurdum. Amma sonda məlum oldu ki, il dovşan üzərində qurulub. Ona görə də bir də bu prosesləri təkrarlamamaq üçün ilkin versiyanı saxladım. Onsuzda bunlar hamısı boş şeydi – "il hansısa heyvan üzərində qurulur..." ))))))))
Təqvimin cədvəl hissəsində ağ fonu boz rənglə əvəz etdim.
Boz rəngli düzbucaqlını Curve (ctrl-Q) edib, Shape Tool (F10) vasitəsilə sağ küncü yuxarı qaldırdım.
Yenə eyni alətlə orta hissədə bir dəfə klik edib, sınma nöqtəsi üçün yer təyin edək.
Nəzarət Panelində Convert to curve əmrini verək.
Orta hissəni qeyd edib bir az aşağı çəkib, ovalşəkilli bir effekt alaq.
Nəticədə belə bir əyrixəttli fon alınacaq.
Eyni obyektin dublikatını çıxardıb, tünd qırmızı rəng (əjdahanın rəngi) verib boz rəngli obyektdən arxaya keçirdək (Ctrl+PageDown).
Daha dinamik görünüş üçün monoton fonu rəng keçidi ilə əvəz edək.
Fonun yuxarı hissəsi nəticədə aşağıdakı kimi olacaq.
Yuxarı sol hissədə 2011-ci ili yerləşdirək. Eyni rəng keçidini bura da tətbiq edək.
Amma gəlin bir az fərqli düşünək. 2011-i sadə formada yazmaqla kifayətlənməyək. İkinci "bir" rəqəmini çevirib, necə göründüyünə nəzər salaq.
Deyəsən nəsə maraqlı ideya gəlir... ))) Bir az aşağı hissəyə "smayl" cizgisi atmaqla rəqəmlərdən gizli gülümsəyən adam şəkli ala bilərik. Beləcə 2011 də dizaynın mövzusuna uyğun şən əhval-ruhiyyədə olacaq. Bu da təqvimin son görüntüsü:
Növbəti dərslərdə görüşənədək, Allaha Əmanət! ;) P.S. Dizaynın Corel versiyasını aşağıdakı yükləmə formasından endirə bilərsiniz. Yükləmə ancaq qeydiyyatdan keçmiş istifadəçilərə icazə verilir.
Oxşar mövzular
|
|||||||||


































Şərhlər
İndi işləməlidir, yoxlayın zəhmət olmazsa...
bir de mende qeydiyyat ishlemir.. zehmet olmasa bax bilersiniz ??
RSS – bu irəlidəki şərhlər üçün.