| Corel Draw vasitəsilə jurnal (broşura, qəzet və s.) səhifəsi üçün sütunlu mətnin yerləşdirilməsi |
| Müəllif: Rizvan Bağırlı |
| 19.01.11 10:45 |
|
Corel Draw-da mətnlə bağlı artıq bir neçə dərsimiz saytda yayımlanıb (Birinci hissə, ikinci hissə). Bu dəfə jurnal və digər çap reklam səhifələri üçün mətnin sütunlu yerləşdirilməsi qaydasına nəzər salacağıq. Ümumiyyətlə mətni istənilən proqramda səhifəyə yerləşdirməzdən öncə səhifədə setka qurmaq lazımdır. Çünki qanunauyğunluq olmadan obyektləri hara gəldi atmaq olmaz. Corel-da bunu aşağıdakı kimi etmək olar. Sütunun enini müəyyən edəcək ölçüdə düzbucaqlı çəkək.
Düzbucaqlını paralel sağa çəkib müəyyən məsafədə saxlayaq. Bu məsafə sütunlar arasındakı məsafəni müəyyən edəcək.
Eyni qayda ilə üçüncü düzbucaqlını da yerləşdirək. Məsafə eyni olsun deyə sadəcə Ctrl+R düyməsini basın.
Çəkdiyimiz düzbucaqlıları qeyd edib eyni zamanda hündürlüklərini artıraq.
Sonda obyektləri qruplaşdırıb (Ctrl+G) P düyməsini basmaqla obyekti səhifənin mərkəzinə gətirə bilərik.
Artıq xətkeşin xəttlərini kənardan sənədin üzərinə çəkməklə setkanı qurmaq olar. Bunun üşün sadəcə xətkeşin üzərində klik edib sənədin üzərinə sürüşdürün.
Xəttlər obyektlərə yapışsın deyə Nəzarət Panelindən Snap to Guidelines əmrini verin.
Şəbəkəni (setkanı) qurduqdan sonra obyektləri silin. Yuxarıda mətnin başlığını yerləşdirmək üçün əlavə məsafə buraxaq. Text tool (F8) alətini aktiv edib şəbəkənin daxilinə paraqraf mətn obyektləri çəkək.
Sonda belə bir görüntü alınmalıdır.
Mətni Word-dan kopyalayəb birinci blokun içinə past edin. Mətn çox olduqda blokun çərçivəsi qızarır və aşağı hissədə qara üçbucaq işarəsi əmələ gəlir.
Bu üçbucağın üzərində klik edib qara ox vasitəsilə ikinci blokun üzərində tıklayın.
Eyni qayda ilə mətni sona qədər bloklar arasında bölüşdürün.
Başlıq yerinə yaşıl rəndgli bir düzbucaqlı çəkib, sol hissəni yarımçıq saxladım.
Başlıq mətni düzbucaqlının içərisinə yerləşdirib, dinamik olsun deyə ortada yox, aşağı hissədə saxladım.
Xətkeşi müvəqqəti gizlədib, səhifənin dizaynına nızır sala bilərik.
Bu da səhifənin yekun görüntüsü:
Oxşar mövzular
|



































Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.