| Corel Draw vasitəsilə jurnal (broşura, qəzet və s.) səhifəsinə şəklin yerləşdirilməsi qaydası |
| Müəllif: Rizvan Bağırlı |
| 23.02.11 10:58 |
|
Bu dərsin birinci hissəsində Corel Draw proqramında mətnin səhifəyə düzgün yerləşdirilmə qaydasını öyrənmişdik. O materialın davamı olaraq mətn yerləşdirilmiş yazıya şəklin və ya digər bir qrafik obyektin necə yerləşdirildiyinə nəzər salaq. Haqqında danışdığımız birinci materialın sonunda aşağıda gördüyünüz nəticə alınmışdı.
Səhifəyə qoyulacaq şəkli import edək (Ctrl+İ).
Bu da səhifəyə qoyulacaq şəkillər.
İlk olaraq kobud formada şəkillərin səhifədəki yerini müəyyənləşdirək.
Gördüyünüz kimi belə olan halda şəkil yazının üstünü örtür. Normalda isə yazı qrafik obyektin ətrafına "yayılmalıdır". Bunun üçün, fotonu aktivləşdirib, Nəzarət Panelindən Wrapping Style düyməsini klik edib, açılan siyahıya nəzər salaq. Bizim obyekt düzbucaqlı şəklində olduğu üçün Square bölümündən Straddle Text əmrini verək. Kiçik təsvirdən də göründüyü kimi bu halda yazı düzbucaqlı formasında obyektin ətrafına yayılacaq.
Adi halda mətnin obyektdən məsafəsi 2mm olur. Lakin bu ölçü kifayət etmədiyindən onu 5mm-ə dəyişdim.
Gördüyünüz kimi şəkillər hal-hazırda yazının üzərini örtmür, ondan müəyyən məsafədə (5mm) dayanıb.
Eyni prinsip düzbucaqlı olmayan obyektlərə də şamil oluna bilər. Lakin bir az fərqli formada... Səhifənin aşağı sağ küncünə müəllifin adını kiçik ölçülü dairə vasitəsilə qoyaq.
Səhifədən kənara çıxan hissəni kəsib atmaq da olar. Bunun üçün lazəm olmayan hissənin üzərinə düzbucaqlı çəkib hər iki obyekti qeyd edirik. Nəzarət Panelində aktivləşən Trim düyməsini basıb, düzbucaqlının altında qalan hissəni kəsirik. Eyni qayda ilə aşağıdakı hissəni də kəsmək olar.
Sonda belə bir fiqur alınacaq.
Fiquru qeyd edib onun üçün də Wrapping Style müəyyən edək. Bu dəfə isə Contour rejimini seçək — bu halda mətn obyektin konturlarına (kənarlarına) müvafiq yayılacaq.
Nəticə aşağıdakı şəkildən də aydın görünür.
Etdiyimiz bütün əməliyyatlardan sonra sıhifənin görüntüsü aşağıdakı kimi olacaq.
Bu günlük də bu qədər, əziz oxucu... Hələlik! Oxşar mövzular
|
































Şərhlər
Qardasim sizin sayenizde artiq Corel Draw proqrami haqqinda da oyrenmis oldum... Bele gozel proqram olduguna inanmazdim... Cox tesekkur eliyirem
Düzün desem bu jurnalın adını ilk dəfə eşidirem
Ne haqqındadır ki?
Yeqin bilen olar ve burada bu barede melumat qoyar...
RSS – bu irəlidəki şərhlər üçün.