Corel Draw vasitəsilə qradientli abstrakt fonun hazırlnması
Müəllif: Rizvan Bağırlı   
14.03.11 11:23

Bu gün Corel Draw vasitəsilə maraqlı bir effektin alınma prosesini izləyəcəyik. Nəticədə abstrakt, rəngli, xətti fon alınacaq ki, bu tip fonlardan dizayn işində asanlıqla istifadə edə bilərsiniz. Beləliklə başlayaq...

Boş səhifə açıb, Bezier alətini aktiv edirik. 

Aşağıda gördüyünüz kimi əyrixətli traektoriya çəkirik.

Çəkdiyimiz xətti kopyalayıb şaquli formada çevirib, şəkildə gördüyünüz formada yerləşdiririk.

Menyudan Blend effektini aktiv edirik.

Sağda açılan Blend pəncərəsində gördüyünüz parametrləri daxil edib, Apply düyməsini basırıq.

Nəticədə belə bir təsvir alınacaq.

Alınmış Blend effektli obyekti parçalayıb sərbəst obyektə çevirək. Menyu-Arrange-Break Blend Group Apart (Ctrl+K)

Qrup formasında olan obyektləri ayırıb, sərbəst formaya salırıq - Ungroup All.

Xətləri obyektə çevirək Menyu-Arrange-Convert Outline to Object. Belə olduqda onlara fon rəngi, sərbəst olaraq xətt parametrləri təyin edə bilərsiniz. 

Alınmış obyektləri qruplaşdırırıq.

Şəkildə gördüyünüz formada düzbucaqlı çəkib, rəng keçidi təyin edirik.

Hazırladığımız düzbucaqlını Power Clip vasitəsilə xətti obyektin daxilinə qoyuruq.

Bizə məlum olan metodların biriylə (məsələn Ctrl düyməsini sıxıb saxlamaqla obyektin üzərində klik edirik) Power Clip-in daxili hissəsini redaktə edək. 

Qradientli obyekti aşağıda gördüyünüz formada elə yerləşdiririk ki, rənglər bütün obyekti əhatə etsin.

Power Clip-dən çıxırıq. Nəticə ilk baxışdan pis görünmür. Amma kontrast olmadlğlndan effekt  bir o qədər də maraqlı görünmür.

Fonu qaraldıb nəticəni kəskinləşdirək.

Sonda kiçik bir yazı əlavə edib, işimizi tamamlayaq.

Bu günlük də bu qədər... Hələlik! ))

P.S. Yuxarıdakı təsvirlərin Corel versiyasını aşağıdakı yükləmə formasından endirə bilərsiniz. Yükləmə ancaq qeydiyyatdan keçmiş istifadəçilərə icazə verilir.

Abstrakt xətti fon




Date
File size
Hits
2011-03-15
118.07 KB
9



Corel Draw vasitəsilə qradientli abstrakt fonun hazırlnması
 

Şərhlər  

 
#3 Guest 2011-04-08 03:38
Rizi.....shoh shoh sagool......mne oshen nravitsa....shukran
Sitat
 
 
#2 Guest 2011-03-30 00:50
Ризи, ты большой молодец! =)
Sitat
 
 
#1 Guest 2011-03-15 23:07
Teshekkur!
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə