| Corel Draw və yazı, mətn əməliyyatları ilə ümumi tanışlıq (1-ci hissə) |
| Müəllif: Rizvan Bağırlı |
| 10.05.10 21:40 |
|
Sevimli proqramımızın bir sıra funksiyaları ilə artıq tanış olmuşuq. Növbə gəlib çıxdı mətnlə işləməyə. Korel mətnlə necə işləyir, hansı əməliyyatlar aparmaq mümkündür və s. suallara bu mövzuda cavab verməyə cəhd edək. Toxunduğum məsələ bir az geniş olduğundan bir neçə hissəyə böldüm. Beləliklə, dərsin birinci hissəsi… Əksər proqramlarda olduğu kimi Corel Draw da mətnə “biganə qalmayıb” və onun üçün alətlər panelində belə bir yer ayırıb (Text Tool (F8)):
Text Tool aktiv edildikdən sonra boş səhifədə bir dəfə tıklayıb istədiyimiz yazını daxil edirik.
Əgər Text Tool-u götürüb boş səhifədə virtual düzbucaqlı forma çəksək,
o zaman bayaqkından fərqli olaraq yazı üçün bir az fərqli şərait yaranacaq. Qısa desək qapalı, məhdud bir zona açılacaq. Başa düşdüyünüz kimi istədiyiniz mətn bu çərçivə daxilində yerləşəcək.
Bu iki fərqli rejimin nə olduğunu izah edim. Korel bizə mətnlə işləmək üçün iki fərqli rejim təklif edir: Bədii rejim (Artistic Text), Paraqraf rejim (Paragraph Text). Birinci (Bədii) rejimdə yazıya heç bir vizual çərçivə-sərhəd qoyulmur. Bu rejimdən adətən məqalələrə tərtibatlı başlıqlar qoyarkən, loqolara yazı yazarkən, dizayn işlərinə azhəcmli mətn daxil edərkən və s. hallarda istifadə olunur. Paragraph Text – adından da göründüyü kimi irihəcmli mətnlərin yazılması, bu yazıların dizayna, reklam işlərinə yerləşdirilməsi zamanı köməyə gəlir. Mətnin ətrafında əmələ gələn vizual qırıq xətli çərçivə sizi qorxutmasın. Bu, sadəcə görüntü üçündür və son nəticəyə heç bir təsir etmir. Text Tool-dan adi iş rejiminə qayıtmaq üçün alətlər panelinin birinci alətini, Pick Tool-u seçirik.
Yuxarıdakı şəkildən də göründüyü kimi, yazımız çərçivəylə birgə aktiv olaraq qaldı. Bu aktivliyi pozmadan daha bir prosesi izləyək – Nəzarət Panelindəki mətn funksiyalarının nələrdən ibarət olduğunu öyrənək.
Gördüyünüz kimi buradan daxil etdiyimiz mətnin şriftini, şriftin ölçüsünü, stilini, paraqrafın görünüş tərzini müəyyən emək olar. Yeri gəlmişkən siz hər hansı bir mətni daxil etməzdən qabaq da bunu edə bilərsiniz. Text Tool aktiv olan kimi istədiyiniz parametrləri təyin edin və yazını yazın. Paneldəki digər funksiyalara irəlidəki dərslərdə toxunacağıq. Ms Office və digər mətn redaktorlarından hamımıza tanış olan bold, italic və underline düymələrini sıxmaqla yazıya aşağıdakı görüntünü vermək olar.
Bir az sağda yerləşən paraqrafın görüntü stilini müəyyən edən düyməni sıxsaq alternativ variantlardan ibarət siyahı açılmış olar.
Yuxarıda haqqında söz açdığımız mətn rejimlərinin birindən digərinə keçmək çox asandır. Bunun üçün indi bizdə olan Paraqraf mətn obyektinin üzərində mausun sağ düyməsini basıb kontekst menyunu açaq. Menyunun birinci əmri məhz bu işə qulluq edəcək: Convert to Atristic Text (Ctrl+F8). Hər zaman olduğu kimi bu işi mötərizədə qeyd etdiyim qaynar klavişlə etmənizi məsləhət görürəm.
Əks əməliyyat da eyni formada aparılır, eyni üsulla yazı Bədii rejimindən Paraqraf rejiminə qaytarılır.
Corel Draw proqramında yazı və onunla bağlı ən primitiv funksiyalarla ümumi tanışlığın birinci hissəsini burda bitirək. Növbəti dərslərdə mövzumuzu davam etdirib mətnlə bağlı mümkün əməliyyatları daha dərindən anlamağa çalışarıq. Oxşar mövzular
|





























Şərhlər
Saytda sherh yazmaq bir chetindir. Her defe simvol yazmaq chetinliyi... Bunu sadeleshdirmek olmaz? Qeyd.az-da olduqu kimi...
Her defe sehv olur, getmir ve bu da sherh yazmaqa hevesi oldurur...
RSS – bu irəlidəki şərhlər üçün.