Endirim kartı üçün dizaynın hazırlanması
Müəllif: Rizvan Bağırlı   
31.08.10 14:27

 

Proqramların texniki tərəfləri tədricən bizə aydın olduğundan, dizayn işinə başlaya bilərik. Bu dəfəki dərsdə Corel Draw proqramında sadə və modern "endirim kartı"nın hazırlanmasına baxacağıq. Corel Draw-da boş sənəd yaradıb, müəyyən ölçüdə düzbucaqlı çəkin. Sonra şəkildə gördüyünüz formada qradientlə rəngləyin.

 1-dis_card_azdizayner

Adətən kartların kənarları dairə şəklində olduğundan, eyni işi biz də təkrarlayaq. Bunun üçün düzbucaqlını aktiv edib Nəzarət Panelindən Corner Roundness parametrini tənzimləyək.

2-dis_card_azdizayner

Nəticə belə olmalıdır.

3-dis_card_azdizayner

Blend effekti ilə bağlı dərsi yada salıb aşağıdakı kimi bir qrafik element hazırlayaq.

4-dis_card_azdizayner

PowerClip vasitəsilə obyekti kartın daxilinə yerləşdirək.

5-dis_card_azdizayner

Sadə bir şriftlə "Endirim Kartı" sözünü yuxarı sağ tərəfə, qradientin mərkəz hissəsinə yazaq. Dinamik nəticə üçün yazını daha kontrastlı edək.

7-dis_card_azdizayner

Kartın əsas mahiyyəti onun endirimi göstərən rəqəmində olacaq. Ona görə də iri ölçülü "5" rəqəmini yazıb "%" işarəsini nisbətən kiçik olmaqla rəqəmin yanına, yuxarı hissəyə qoyaq.

8-dis_card_azdizayner

Rəqəmin çox böyük olmasının dizayna kobudluq verməməsi üçün, onu bir az fonda qarışdıraq. Bunun üçün rəqəmin rəngnini fondakı qradientlə verək. Bunu daha tez etmək üçün rəqəm və faiz işarəsini qeyd edib, menyudan Edit - Copy Properties From əmrini verək.

9-dis_card_azdizayner

Açılan pəncərədən Fill (fon rəngi) parametrini aktivləşdirək.

10-dis_card_azdizayner

OK düyməsini basdıqdan sonra yaranan qara ox işarəsi ilə fonun üzərində tıklayaq.

11-dis_card_azdizayner

İndi də "5" fona çox qarışdı. Zəif və səliqəli kölgə verməklə problemi həll edə bilərik.

12-dis_card_azdizayner

Sonda köməkçi yazıları və loqonu qoymaqla dizaynı tamamlamış olarıq.

13-dis_card_azdizayner

Rəngləri oynatmaqla daha maraqlı nəticələr əldə etmək mümkündür.

14-dis_card_azdizayner

Bu günlük bu qədər, növbəti dizayn dərslərində görüşənədək, hələlik...



Endirim kartı üçün dizaynın hazırlanması
 

Şərhlər  

 
#11 admin 2011-02-04 15:06
Buyurun Terane xanim. Komeklik ede bildiyime gore cox shad oldum...
Sitat
 
 
#10 Guest 2011-02-01 22:17
Salam men bugun girdim bu sayta ve baxiramki cooox gozel dersler ve melumatlar verirsiniz bizlere. Tewekkur edirem Size. Hormetle Tarana Alieva...
Sitat
 
 
#9 admin 2010-11-30 17:48
Çox şad oldum, şərhlərə görə ;)
Sitat
 
 
#8 Guest 2010-11-30 15:41
çoxxx sağolun nəılər öyrənmişəm bu saytdan
Allah razı olsun
Sitat
 
 
#7 Guest 2010-09-10 22:38
Indi alindi, cox sagolun!
Sitat
 
 
#6 admin 2010-09-03 08:25
Qaqa paxıllıq niyə edirsən ki?! )) Təkrar elə başqaları sənə paxıllıq etsin ;)
Sitat
 
 
#5 Tural 2010-09-02 16:46
Əla alınıb... yaxşı mənada paxıllıq elədim :)
Sitat
 
 
#4 admin 2010-09-01 09:28
Təşəkkürlər! ))

Salam, Sürəyya xanım!
Bu sadece iki xəttdən ibarət keçiddir. Sadəcə keçidi verdikdən sonra başlanğıc və son xətti əyib alınan nəticəyə görə eksperiment aparmaq olar...
Növbəti dərsi bu haqda edərəm, onsuzda belə fonlar dizaynda tez-tez lazım gəlir )
Sitat
 
 
#3 MotoXito 2010-09-01 03:21
beyenilsin!!!
Sitat
 
 
#2 Guest 2010-09-01 00:43
Salam. Men bunu yigdim. Cox rahatdi. Yalniz fonun uzerine Blendle elave etdiymiz fiquru hansi fiqurlardan yaratmaginizi bilmek isterdim.
Sitat
 
 
#1 Numizmat 2010-08-31 15:20
Sadə və gözəl :)
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə