Etiket, diplom... dizaynı üçün bayraqların hazırlanma qaydası
Müəllif: Rizvan Bağırlı   
15.12.10 12:20

 

Salam olsun! Müxtəlif etiketlərin, diplom və tərifnamələrin dizaynı zamanı tez-tez bayraq tipli vektor obyektlərə müraciət etməli oluruq. İlk baxışdan çox sadə görünən bu elementlər, dizayna xüsusi yaraşıq verir. Gəlin birgə bu obyektlərin necə hazırlandığına nəzər salaq.

Corel Draw proqramında boş sənəd yaradıb, Pen Tool alətini aktivləşdirin (alətlər panelinin Freehand Tool (F5) bölümündə 4-cü alət). Alət vasitəsilə aşağıda göstərilən formada bayrağın sol lentini çəkin.

Sonda belə bir hissə alındı. Göründüyü kimi bir o qədər də səliqəli alınmadı.

Problemi aradan qaldırmaq üçün Shape Tool (F10) aləti vasitəsilə işləməli olacağıq.

Nahamar yerlərin əmələ gəlməsinə səbəb olan sınma nöqtələrini deformasiya edək, bəzilərini silək və ya bucağına düzəliş verək.

Kiçik əməliyyatdan sonra daha hamar bir lent əldə etdik.

İnteractive Fill Tool (G) vasitəsilə obyektə rəng keçidi verək. Kənar hissələrin geri qatlandığını göstərmək üçün oranı tünd, orta hissənin qabarıqlığını göstərmək üçün isə daha açıq rəng müəyyən edək.

Orta hissəyə düzbucaqlı çəkib, eyni prinsiplə qradient verək.

Bayrağın orta hissəsini qabartmaq üçün əlavə olaraq, düzbucaqlıya yuxarı doğru əyilmə verək. Bunun üçün Shape Tool (F10) vasitəsilə aşağı xəttin üzərində bir dəfə klik edib, Nəzarət Panelindən Convert to curve düyməsini basaq.

Eyni alətin köməkliyi ilə xətti yuxarı doğru zəif deformasiya edək. Eyni əməliyyatı yuxarı sərhəd üçün də təkrarlayaq.

Qatlanmış yeri göstərmək üçün Pen Tool vasitəsilə əlavə bir obyekt çəkib daha tünd rəngli rəng keçidi verək – aşağıdakı şəkildə aydın görə bilərsiniz.

Bütün bu əməliyyatlardan sonra gördüyünüz nəticəni almış oluruq.

Sol lentin dublikatını çıxardıb, sağa çəkib, üfüqi istiqamətdə çevirib, müvafiq yerə qoyaq.

Son olaraq lazımi yazını yazıb, işimizi sona çatdıraq. Yazının əyri xətt üzrə yazılmasına qabaqcadan baxdığımız üçün eyni şeyi təkrarlamağı yersiz görürəm. 

Bu günlük bu qədər əziz oxucu. Hələlik...



Etiket, diplom... dizaynı üçün bayraqların hazırlanma qaydası
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə