| Modern, parıltı effektli loqo dizaynı — Star |
| Müəllif: Rizvan Bağırlı |
| 25.04.11 12:27 |
|
Corel Draw dərslərinə verilən kiçik aranı bu gün sona çatdıraq. Belə ki, hazırladığım materialda Corel vasitəsilə işıq-parlaqlıq effektləri verməklə, modern loqonun necə hazırlandığına nəzər salacağıq. Buyurun, izləyin... Corel Draw proqramının alətlər panelindən Star tool alətini aktivləşdiririk.
Alətin köməkliyi ilə müəyyən ölçüdə 5-guşəli ulduz çəkirik.
Shape Tool (F10) vasitəsilə ulduzun daxilindəki sınma nöqtələrindən tutub, azacıq kənarlara doğru hərəkət etdiririk.
Dairəvi (radial) qradient vasitəsilə ulduzu aşağıda gördüyünüz formada rəngləyirik.
Ulduzla işi yekunlaşdırdıqdan sonra şəkildə gördüyünüz formada açıq qırmızımtıl rəngdə düzbucaqlı çəkirik.
Düzbucqlını aktivləşdirib Ctrl+Q klavişlər kombinasiyası ilə düzbucaqlını Curve (əyrixəttli obyekt) edirik. Sonra Shape Tool (F10 - Alətlər panelində ikinci ox) vasitəsilə düzbucaqlının aşağı sağ küncünü içəri doğru hərəkət etdiririk.
Transparency tool vasitəsilə işimizi davam etdirmək üçün onu aktivləşdiririk.
Aləti aktiv düzbucaqlının üzərində aşağıda gördüyünüz formada hərəkət etdirib, xətti şəffaflıq alırıq.
Yarımşəffaf obyekti kopyalayıb (Ctrl+C, Ctrl+V), ağ rəng veririk. Sonra isə bir az kənara doğru sürüşdürüb, gördüyünüz effekti alırıq.
Ulduza effektlərlə hücum etməyə davam edirik )). Bu dəfə belə bir qırmızı düzbucaqlı çəkib, aşağıdakı formada çeviririk.
Çəkdiyimiz düzbucaqlını da Transparency Tool vasitəsilə yarımşəffaf şəklə salırıq.
Aldığımız obyektin dublikatını çıxarıb, sağ tərəfə sürüşdürürük.
Hazırladığımız obyektləri qruplaşdırıb (Ctrl+G), Power Clip vasitəsilə ulduzun daxilinə yerləşdiririk.
Ulduzun aşağı hissəsində parıltılıq az olduğundan aşağı hissəyə də ağ, şəffaf düzbucaqlı əlavə edirik.
İndi loqonun tipoqrafik hissəsini hazırlayaq. Qırmızı ulduz retro mövzu olduğundan, şrifti də bir az modernlikdən uzaq etdim — Rockwell
Bizə məlum olan metodla simvollar arasındakı boşluğu minimuma endiririk. Shape Tool (F10) alətini aktivləşdirib, mətnin sağ tərəfində əmələ gələn üfüqi oxdan tutub sola doğru hərəkət etdirək.
Nəticə aşağıdakı kimi olmalıdır.
Rəng mövzusunda çox baş sındırmayıb, ulduzun rənglərindən istifadə etdim — tünd qırmızı və qırmızıdan ibarət rəng keçidi.
Hər iki obyekti alt-alta yerləşdirdim.
Çox standart görünməsin deyə, kompozisiyanı şəkildə gördüyünüz formaya saldım. Bu da loqonun yekun görünüşü —
Eyni loqo qara fonda —
Bu günlük də bu qədər, əziz oxucu... Hələlik! Oxşar mövzular
|








































Şərhlər
http://www.3ds.az/gallery/style-Adobe-Icons-4412
Huseynli, yox niye silirem ki... Duzu Konul xanim dersin adini duzgun qoya bilmedim. bu pariltidan daha cox stilizasiya olunmush loqodur. parilti olanda sinma xettleri, kolge yerleri ve s olmalidir, amma anlashilan bir basliq olsun deye bele qoydum. her halda kimese faydasi deye biler InsaAllah...
RSS – bu irəlidəki şərhlər üçün.