| Şəxsi loqo üçün simvolun hazırlanması |
| Müəllif: Rizvan Bağırlı |
| 21.12.10 16:25 |
|
Salam azdizayner oxucuları. İstifadəçilərin xahişini nəzərə alıb, bu dəfə Corel Draw vasitəsilə hərfləri qrafik elementə çevirib, onların üzərində dizayn işinin necə aparılacağına nəzər salaq. Konkret olaraq şəxsi loqotipim üçün simvolun hazırlanma ardıcıllığını izah edəcəm. Loqo hazırlayarkən qabaqcadan hansısa ideya, kreativ simvol üzərində deyil, ad-familiyanın baş hərfləri ilə işləyəcəyimi qarşıma məqsəd qoymuşdum. Simvol zərif görünsün deyə çox düşünmədən "serif" tipli, yəni xırda çıxıntısı olan şriftlərə müraciət etdim. Son olaraq Trajan Pro üzərində durdum.
Hərfləri ayırmaq, hər birini sərbəst obyektə çevirmək üçün Ctrl+K (Break Apart) əmrini verin.
Simvollarda simmetriklik olduğundan, B hərfini fərqli formada, çevrilmiş formada saxladım.
Səliqəli şəkildə yaxınlaşdırıb alınan görüntünü analiz edək. İlk baxışdan uyğunluq olsa da, orta-üfüqi hissələr bir düz xətt üzrə deyil, ovalşəkilli hissələrin ölçü nisbətlərində uyğunsuzluq var və s.
Bunu aradan qaldırmaq üçün ilk olaraq hər iki hərfi Curve (Ctrl+Q) etmək lazımdır. Sonra B hərfinin üzərində belə bir düzbucaqlı çəkib, onun vasitəsilə "orta sütünu" hazırlayıram. Hər iki obyekti qeyd edib, Nəzarət Panelindən Trim düyməsini basın.
Nəticədə aşağıdakı şəkildə solda olan, şaquli xətt formasında element qaldı. Düzbucaqlının altına düşən hissə isə silindi. Sonra obyektin dublikatını çıxardıb, dərsin əvvəlində göstərdiyim metodla üfüqi istiqamətdə çevirirəm. Son olaraq səliqə ilə yaxınlaşdırıb Weld düyməsilə hər ikisini birləşdirib, vahid obyektə çeviririk.
Eyni kəsim əməliyyatını B hərfinin sol hissəsi üçün də təkrar edək.
Bizə R hərfinin yalnız aşağı sağ hissəsi lazım olacaq. Bunun üçün yerdə qalan hissəni yox etmək lazımdır. Shape Tool (F10) vasitləsilə ehmalca lazımsız yerləri qeyd edirik (hamısını birdəfəlik etməmək də olar).
Nəzarət Panelindən Break Curve düyməsini basırıq. Nəticədə əyilmə nöqtələri sınır və sərbəst hala düşür. İndi onları rahatlıqla silmək olar.
Shape Tool vasitəsilə bütün gərəksiz yerləri qeyd edib, delete düyməsi vasitəsilə yoxa çıxarırıq.
Close Curve düyməsi açıq qalan hissəni birləşdirib, qapalı formaya salır.
R hərfinin yuxarı sağ hissəsi üçün də B hərfindən istifadə etim.
İndi bu hissələri səliqəli bir yerə toplayıb nə edəcəyimizə qərar verək.
Simvolların orta hissəsini bir az qısa etmək üçün, yenə Trim funksiyası bizə yardımçı olacaq. Hər iki tərəfə ayrı-ayrılıqda düzbucaqlı çəkib, müəyyən bir hissəni kəsək.
Shape Tool (F10) vasitəsilə R hərfinin aşağı hissəsini ümumi dizayna uyğunlaşdıraq – nazikləşdirək.
Yuxarı hissədəki əyriliyi və qeyri-bərabərliyi də Shape Tool vasitəsilə səliqəyə salaq. Ümumiyyətlə əyrilərnən işləyərkən bu alət əvəzolunmaz bir elementə çevrilir. Ona görə də onunla işləməyə adət etmək üçün, çoxlu məşq etmənizi tövsiyyə edərdim.
İlk prosesdən sonra simvol bu formada görünür. İndi B hərfinin aşağı hissəsini nazikləşdirib sütunun aşağı hissəsi ilə eyniləşdirək.
Yenə eyni alət, yenə də eyni əməliyyatlar.
İstədiyimiz nəticəni almaq üzrəyik. Sadəcə R hərfinin "ayağnda" azca nahamarlıq var. Onu aradan qaldırıb, işi sona çatdımaq olar.
Yekunda elementləri qedy edib, Weld düyməsi vasitəsilə birləşdirək.
İnteractive Fill Tool vasitəsilə simvola dairəvi rəng keçidi verək.
Century Schoolbook şrifti ilə ad-familiyanı daxil edib loqo üzərində işi tamamladım.
Bu günlük də bu qədər əziz oxucu. Hələlik... Oxşar mövzular
|










































Şərhlər
Ellerine sagliq
dediyin funksiyalar isə iki və daha çox obyekt qeyd olunduğu zaman aktiv olur...
Vuqo, Ferid halal xoşunuz ))
RSS – bu irəlidəki şərhlər üçün.