| Yeni il üçün açıqca dizaynı |
| Müəllif: Rizvan Bağırlı |
| 28.12.10 17:21 |
|
Daha doğrusu açıqca (otkrıtka) üçün abstrakt yolka təsvirli üz qabığının dizaynı. Bu dizayn üçün biz artıq bir dəfə müraciət etdiyimiz Corel Draw proqramının Artistic Media funksiyası ilə işləyəcəyik. Mənim bu dizaynı hazırlamaq haqqında dərsim rusiyanın ən böyük dizayn forumu olan demiart.ru saytında artıq yayımlanıb. İndi həmin dərsi bir az dəyişilmiş formada sizə təqdim edirəm. Alətlər Panelindən Pen Tool-u götürün.
Aşağıda təsvir olunmuş formada yolkanın gövdəsini, sonra isə spiral formasında üst hissəni çəkirik.
Sonda üst hissə belə bir görkəm almış olur. İlk baxışdan səliqəsiz görünməyinə baxmayın, onsuzda yolka abstrakt olduğundan ideal səliqəli olması vacib deyil.
Menyudan Artistic Media pəncərəsini aktivləşdiririk.
Bu pəncərədə müxtəlif fırçalar, spreylər yerləşir. Çəkdiyimiz xətt aktiv olmaq şərtilə bu fırça rənglərinin birinin üstündə iki dəfə klik etməklə maraqlı nəticələr almış olarıq.
İlk olaraq çəkdiyim yolka xəttinə aşağıdakı fırçanı seçdim.
Adətən birinci cəhddə çox kobud görüntü alınır, amma Nəzarət Panelindən xəttin qalınlığını (Stroke Width) azaltmaqla istəyimizə çatmış olarıq.
Əlavə olaraq bir neçə versiya da hazırlayıram. Qabaqcadan çəkdiyim yolka konturlarını kopyalayıb, artırıram. Hər dəfə müxtəlif fırçaları seçib nəticələri müqayisə edirəm.
Yolkanın başına gedən ulduzu da eyni qaydada hazırlayaq.
Kontur çəkilir, müvafiq fırça növü seçilir və üzərində iki dəfə klik edilir.
Çəkdiyim yolkaları və ulduzları bir araya toplayıb nəticəyə baxaq:
Eyni prinsipi yazı üçün də həyata keçirək. Yuxarıda qeyd etdiym kimi yazıya bu effektin tətbiqini artıq saytımızda öyrənmişik.
Bu da açıqcaların son vəziyyəti:
Səbr edib materiala sona kimi nəzər saldığınıza görə təşəkkürlər. Gələn dərslərdə görüşmək ümidiylə, hələlik... Oxşar mövzular
|

































Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.