Azercell rebrendinq etdi
Müəllif: Rizvan Bağırlı   
16.05.10 14:04

Azercell – yeni loqoQədəmləri mübarək! ))

Rebrendinq (ing. rebranding) – brendin (əmtəə nişanının) və ya onun tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlər planıdır. Tərkib hissələri isə bunlardır: adı, loqotipi, bədii tərtibatı və brendin ümumi ideoloji mövqeyi. Vikipediya

 
Vizitka dizaynında "10 Qızıl qayda"
Müəllif: Rizvan Bağırlı   
25.04.10 00:06

10-qaydaBundan əvvəlki mövzuda Corel Draw proqramında sadə vizitka dizaynının necə verildiyini gördük. Amma bu işin az bir qismi idi, necə deyərlər aysberqin görünən hissəsi. İndi isə vizitka dizaynında nəzərə alınması vacib olan nüanslardan danışaq. Bu amillər əksər hallarda nəzərə alınmadığına görə insanlar dəhşətli vizitkalar gəzdirməli olurlar. Onu da deyim ki, belə vizitkaya sahib olmaqda sahibinin də rolu çoxdur.

 
Sadə vizitka dizaynı
Müəllif: Rizvan Bağırlı   
20.03.10 00:16

vizitka_Beləliklə, ilkin tanışlıqlardan sonra Corel Draw proqramında ilk praktiki mövzunu işləyə bilərik. Dizaynerliyə başlayan və ya sadəcə həvəskar cəhdlər göstərən istənilən şəxs 99% hallarda ilk olaraq özünə və ya digər yaxınına vizitka hazırlamaqla başlayır. Lakin elə 99% halda da ifrat səliqəsiz bir iş çıxır ortaya: çoxrəngli, çoxeffektli, çoxşriftli, çoxelementli, çoxfotolu… bir “dizayn”.

 
Azdizayner sənə necə qulluq edəcək?
Müəllif: Rizvan Bağırlı   
20.03.10 00:10

"balaca dizayner"Saytın ilk mövzusunda Azərbaycan dizaynının ağrılarından az da olsa danışdıq. Bu veb resurs daha çox praktik əhəmiyyət daşıdığından çox söz toplusu olan mövzulara yer vermək istəmirəm. Amma saytın yaranmasında məqsədin nə olduğunu, saytımızda hansı mövzulara yer veriləcəyindən bir az söz açmaq istərdim. İlk mövzumuzu oxuyanlar planlarımızın nə olduğunu asanlıqla müəyyən edə bilərlər.

 
Azərbaycanın ən dəbli peşəsi – Dizayner
Müəllif: Rizvan Bağırlı   
20.03.10 00:08

"Körpə dizayner"Bu başlıq təsadüfən belə seçilmədi…

Ölkəmizin maddi durumunun yaxşılaşması hər bir evə şəxsi kompyuterlərin daxil olmasına şərait yaratdı. Birdən birə bu qədər “kompyuter istifadəçisi”nin meydana gəlməsinin nə ilə nəticələndiyini siz də gözəl bilirsininiz. Disk satış mərkəzlərində kino, oyun alıcılarının sayı artdı, mp3 yükləməyi təklif edən çoxsaylı internet saytlarımız meydana gəldi, milli və xarici müğənnilərin yarıçılpaq şəkillərinə baxıb şablon komentariyalar qoymaq üçün saysız-hesabsız veb resurslar ortaya çıxdı… Amma iş bununla da bitmədi.

 
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 Növbəti > Axırıncı >>