| Dizaynda ən çox istifadə olunan stok foto mövzuları |
| Müəllif: Rizvan Bağırlı |
| 04.10.11 12:41 |
|
Çap və veb dizaynda stok foto-şəkillərə tez-tez müraciət edirik. Təbii ki, bu foto-şəkillər dizaynın, reklamın məzmununa görə seçilir. Lakin elə qrup stok fotolar da var ki, onlara az qala hər 2-3 dizayndan bir rast gəlmək mümkündür. Bu tip fotolar adətən ikinci, ümüncü... dərəcəli əhəmiyyət kəsb edib, daha çox köməkçi element rolunda çıxış edirlər. Bəzi hallarda isə bu fotoların seçilməsində müştəri də vacib rol oynayır. Belə ki, müştəri də belə şəkillərlə tez-tez qarşılaşır, yadında saxlayır və "mən də ondan istəyirəm" prinsipi ilə dizaynerin işinə bu şəkildə müdaxilə edir. Şablon şəkillərdən mümkün olduqca uzaq durmaq lazımdır. Çünki bu şəkillərin digər dizaynerlər tərəfindən, başqa işlərdə istifadə olunması ehtimalı hədsiz çoxdur. Bu isə həm sizin, həm də müştərinin reputasiyasına az da olsa mənfi təsir göstərir. Mümkün olduqca özünüzün və ya hər hansı bir fotoqrafın əlinizdəki proyektlə bağlı çəkdiyi fotolardan istifadə edin. Yox əgər bunun üçün lazımi vəsait və şərait yoxdursa digər bir praktik metoddan istifadə edə bilərsiniz – Kollaj (montaj). Bu metodla dizaynın kontekstinə uyğun unikal senari fikirləşin. Lazım ola biləcək fotoları stok saytlardan və ya lap elə GoogleImage-in özündən yükləyin və səliqəli şəkildə montaj edin. Bu halda əldə olunan təsvir həm unikal olmaqla sizi təkrarçılıqdan qoruyur, həm də dizaynın mövzusuna daha yaxın olur. Yuxarıda haqqında danışdığım stok-foto qrupları: Biznes əl sıxışması
Müştəri xidmətləri
Biznes komanda Biznes qrafiki
Göydələnlər
Qlobus
Əşyalar
Oxşar mövzular
|

























Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.