| "Dizayner səliqəsinin təmizlik ölçüləri" – A5, A4, A3 və s. (A seriya) kağız formatları |
| Müəllif: Rizvan Bağırlı |
| 19.05.10 10:53 |
|
Bu formatın tarixi XVIII əsrə gedib çıxır. 1768-ci ildə alman alimi Georq Lixtenberq müasir kağız ölçü nisbətlərini (bir bölünsün kökaltda iki) təklif edib. XX əsrin əvvəllərində Valter Porstmann bu ideyanı təkmilləşdirərək yayır. Porstmanın sistemi 1922-ci ildə Almaniyada standart şəklində qəbul olunur və istifadə olunan müxtəlif kağız formatlarını əvəzləyir. İkinci dünya müharibəsinə qədər sistem digər ölkələrə də yayılaraq genişlənməyə başlayır. Belçika, Niderland, SSRİ, İtaliya və s. kimi ölkələr Almaniyanın kağız ölçü standartlarını qəbul edirlər. Müharibədən sonra da bu genişlənmə durmadan digər ölkələlərə ayaq açır. Artıq 1975-ci ildə o qədər çox ölkə haqqında danışdığımız bu formatı qəbul edir ki, standart İSO standartı olaraq qəbul edilir və BMT-nin rəsmi formatına çevrilir. Hal-hazırda təkcə Kanada və ABŞ bu standartı qəbul etməyib. Gündəlik həyatımızda, təhsildə, ofisdə, yazışmalarda, çap işlərində dəfələrlə A4 formatlı kağızlara müraciət etməli oluruq. Əksəriyyətimiz heç onun ölçüləri haqda düşünmürük. Bəzən dizaynerlərin də bu işdə qüsurlu olduğunu görürəm. Ya yadda saxlaya bilmirlər, ya da heç bu barədə lazımi informasiyaları yoxdur.
A format seriyasının əsasını A0 formatlı kağız təşkil edir. Bu kağız 1 kvadrat metr sahəyə malikdir. Tərəflərinin ölçüsü isə 841 x 1189 mm-dir. Qalan bütün formatlar bu ölçünün tən yarıya bölünməsi ilə alınır. Yəni A0 format ikiyə bölünməklə A1, A1 ikiyə bölünməklə A2 əldə olunur. Ən çox istifadə etdiyimiz A4 formatlı kağızın ölçüsü 210 x 297 mm-ə bərabərdir. Yuxarıdakı qanunauyğunluğu nəzərə alsaq A3 kağızın ölçüsünü çıxara bilərik. A3 = 420 (210x2) x 297 mm. Bu formatlardan birinin ölçüsünü əzbər bilməklə digərlərini hesablaya bilərsiniz. Hamısını yadda saxlamaq heç də vacib deyil.
Bu da haqqında danışdığımız A formatı seriyasının ölçüləri: ISO A0 841 x 1189 mm A seriya formatlardan başqa B, C seriya kağız formatları da mövcuddur. Bu məqaləni hazırlayarkən Vikipediyanın materiallarından istifadə etdim, rus ingilis dillərini bilənlərinizə oradan daha ətraflı oxumağınızı tövsiyə edirəm. Məlumat xarakterli dərsimizi yekunlaşdırdıq. Növbəti dərsdə fotoşopda maraqlı foto-rəng effektinin alınması ilə tanış olacağıq. Hələlik, əziz azdizayner.com istifadəçisi... ;) Oxşar mövzular
|

Hər bir dizayner karyerasında heç olmazsa bir dəfə kağız formatlarına müraciət edir. Poliqrafiya dizaynerinin işi onsuz da hər zaman bu ölçülərin içindədir. Web-dizayner bu problemdən kənarda qala bilər, amma o da özünü professional hesab edirsə, kağız standartları haqqında anlayışı olmalıdır. Axtarış sözlərini analiz edərkən A4, A5 və s. kağız formatının ölçülərinin istifadəçilərə maraqlı olduğunu gördüm. Ona görə də bu günkü söhbətimizi A format seriyası üzərində quracam.



















Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.