| Flayer — Çap reklamı vasitələri (1. hissə) |
| Müəllif: Rizvan Bağırlı |
| 08.10.11 17:17 |
|
Flayer — adətən tək vərəqdən ibarət olan çap reklam vasitəsidir. Minimal texniki tələbatlarına, ucuz və operativ reklam vasitəsi olmasına görə çox geniş istifadə olunur. Əksər hallarda gecə klublarının, restoran və kafelərin, şou-proqramların və əyləncə tədbirlərinin və bir sıra digər fəaliyyət sahələrinin reklamında tətbiq olunur. Adı çəkilən sahələrdə flayerlərin geniş tətbiq olunmasının səbəblərində biri də elə onun operativ olmasıdır. Belə ki, flayerlər vasitələrlə qısa zaman müddətində tədbirlər haqqında kütləyə məlumat vermək və onları cəlb etmək mümkündür. Ona görə də bu reklam vasitəsinin dizaynı adətən parlaq, diqqətçəkən rənglərdə hazırlanır, laklı, nazik kağızlarda isə çap olunur. Auditoriyasından və məqsədindən asılı olaraq flayerlər informativ və imic xarakterli olub, tədbir və ya xidmət haqqında məlumatı əks etdirə, qiymətləri göstərə bilərlər. Marketinq-reklam sahəsində flayerlər, 1980-cı illərin sonu, 90-cı illərin əvvəllərindən istifadə olunmağa başlamışdır. Hal-hazırda flayerlərin bir neçə geniş istifadə olunan formatları vardır: А6 — 105х148 mm, А5 — 148х210 mm, 1/3 А4 — 100х210 mm və s.
Məqalənin hazırlanmasında wikipedia.org saytının materiallarından istifadə olunmuşdur. Oxşar mövzular
|
















































