| Hugo Create dizayner müsabiqəsinin 16-cı raundu start götürdü |
| Müəllif: Nigar |
| 09.08.10 05:44 |
|
Hugo 2008-ci ilin fevral ayında start götürmüş dizayner müsabiqəsi olan Hugo Create-in 16-cı raundunun başlanmasını elan edir. Motion of Sound adı almış yeni mərhələ avqustun 31-nə qədər davam edəcək. Qaliblər 1 oktyabr tarixində elan olunacaq. Müsabiqə iştirakçılarından sevimli musiqilərinə qulaq asarkən nə hiss etdiklərini və ya gördüklərini təsvir etmək tələb olunur. Dizaynda əsas olaraq kişilər üçün olan Hugo Man ətrinin flakonu götürülməlidir. Sonda 10 finalçı seçiləcək və hər biri 500 dollar mükafat alacaq. Ən yaxşı iş isə i-D magazine jurnalında dərc olunacaq.
Bu raundun mövzusu – musiqi: iştirakçılara qrafik redaktordan istifadə edərək sevimli treklərinə qulaq asarkən yaranan hiss və düşüncələrini əks etdirmək lazım olacaq. Etiraf etmək lazımdır ki, ötən raund olan Pop Art & The City ilə müqayisədə elementar tapşırıqdır. Müsabiqədə iştirak etmək üçün Hugo Man parfümünün şəklini və brendin loqotipini Photoshop PSD formatında və ya xüsusi səhifədə Illustrator üçün fayl formasında yükləmək lazımdır, daha sonra isə onların əsasında öz dizaynınızı edərək müsabiqənin səhifəsində yükləyin. Son fayl RGB JPG formatında 500 Kb-dan çox olmamalıdır.
Oxşar mövzular
|























Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.