Kreativ vizitka dizaynı. Yaradıcı ideya üçün müxtəlif vizitka formaları
Müəllif: Rizvan Bağırlı   
19.06.10 10:51

Kreativ vizitka dizaynı və bu işə yaradıcı yanaşmaq üçün müxtəlif vizitka formalarıVizitka – ilk baxışdan kiçik və sadə dizayn işi. Amma bu 5-10 sm-lik kağız parçasına kreativ (yaradıcı) yanaşarkən ortaya tamam fərqli, heyranedici və yaddaqalan bir iş çıxartmaq olar. Vizitka dizaynı haqqında əvvəlki dərslərdə söz açmışdıq. Bu dəfə isə qısa olaraq kreativ vizitka dizaynına nəzər salaq.

Bunun üçün, işə bir neçə istiqamətdən yanaşmaq olar:

Ölçü və forma

Standart ölçü və formalı vizitkalar bir sıra üstünlüklərə malikdir: materialı və çapı ucuz başa gəlir, vizitka qablarına rahat yerləşir, cibdə gəzdirmək çətinlik törətmir və s. Amma bir qayda olaraq belə vizitkalar digərlərindən heç nə ilə fərqlənmir. Seçilmək üçün ilk vasitə vizitkanın ölçüsünün normadan ya böyük, ya da əksinə, çox kiçik etməkdir. Vizitkanın formasını da fərqli seçə bilərsiniz. Məsələn, düzbucaqlı əvəzinə kiməsə kvadrat vizitka təqdim etsəniz artıq yaradıcı bir iş görmüş olarsınız. Bir az çox xərcə düşüb dairəvi, küncləri ellips formasında olan və ya tam xüsusi kəsimli vizitka hazırlamaqla daha kreativ iş görmək mümkündür.

Material və effektlər

Standart vizitkanı adi qalın kağızda deyil, bahalı dizayner kağızlarında hazırlamaq kartınızı fərqləndirəcək. Belə kağızlar rəngi, parlaqlığı, səthinin nahamar və çıxıntılı olması ilə adi kağızdan çox fərqlənir. Bizdə çox dəbdə olmasa da vizitkanı daha fərqli materialda çap etdirmək də mümkündür. Məsələn şüşə, plastika, taxta, metal və s. materaillar kreativ vizitka üçün yararlı ola bilər.

Çap metodu

Adi halda vizitka rəqəmsal çap maşınlarında, tirajı çox olduqda isə ofset çap üsulu ilə mətbəədə çap olunur. Bu metodlar tiraj çox olduqda ən optimal variantdır, lakin orijinal deyil. Basma, qabartma, ipəklə çəkmə vasitəsilə və bahalı boyalardan istifadə etməklə fərqli görünüşlü vizitkalar hazırlamaq mümkündür.

Rəng və stil

Bütün yuxarıda sadalananlar asanlıqla vizitkanı kreativ edə bilər. Amma bu heç də o demək deyil ki, adi vizitkanı kreativ tərtibatda hazırlamaq olmaz. Güclü dizayner ideyası, tamam fərqli stil və orijinal rəng (rənglər) seçimi də kreativ vizitka üçün əsas ola bilər.

İnformasiya

Ümumiyyətlə, biz sadəliyə üstünlük verməyən millətik. 99% hallarda vizitkalarımız az qala məlumat kataloquna oxşayır )). Amma onu deyim ki, bu işi tam tərsinə görməklə çox asan metodla kreativlik etmək mümkündür. Vizitkanı ağ fonda hazırlayın, ortada sadə şriftlə adınızı və vəzifənizi, aşağı hissədə də əlaqə nömrənizi yazın. Bu da olsun kreativ vizitka. Bəlkə dediyim metod əcnəbi ölkələr üçün kreativlik olmaz, amma yuxarıda dediyim səbəbə görə bizdə yüz faiz işə yarayacaq.

Çox qısa olsa da  kreativ vizitka dizaynına nəzər saldıq. Aşağıda əcnəbi millətlərin dizaynerlərinin əl işlərindən ibarət kiçik kolleksiya yerləşdirdim. Baxıb nəticə çıxaraq ;).

Gələcək Dizayn dərslərində görüşənədək, hələlik...

1-azdizayner.com

2-azdizayner.com

3-azdizayner.com

4-azdizayner.com

5-azdizayner.com

6-azdizayner.com

7-azdizayner.com

8-azdizayner.com

9-azdizayner.com

10-azdizayner.com

11-azdizayner.com

12-azdizayner.com

13-azdizayner.com

14-azdizayner.com

15-azdizayner.com

16-azdizayner.com

17-azdizayner.com

18-azdizayner.com

19-azdizayner.com

20-azdizayner.com

21-azdizayner.com

22-azdizayner.com

23-azdizayner.com

24-azdizayner.com

25-azdizayner.com

26-azdizayner.com

27-azdizayner.com

28-azdizayner.com

29-azdizayner.com

30-azdizayner.com

31-azdizayner.com

32-azdizayner.com

33-azdizayner.com

34-azdizayner.com

35-azdizayner.com



Kreativ vizitka dizaynı. Yaradıcı ideya üçün müxtəlif vizitka formaları
 

Şərhlər  

 
#7 STOMATOLOQ 2012-01-09 13:46
salam.men vizitka cixartdirmisham ozumcun,sade ,qizili reng metaldan,qara shriftlernen.indiye qeder kim gorub cox xoshu gelib.standart,adi vizitka deyil. onu da deyim ki onu CHinde duzeltdirmishem .AMMA DUZU BILMIREM BIZDE ELIYIRLER O CUR YOXSA YOX.
Sitat
 
 
#6 admin 2010-06-25 14:27
Samir, amma sadəliyi də ehtiyyatla etmək lazımdır ))
Vizitka qabında görürəm kiminsə vizitkasını ad var familiya var amma adam nə işin sahibi olduğu bilinmir. Bilmirsən zəng etdiyin adam firmanın dizayneridi, fəhləsidi, direktorudur ))
Demək istədiyim odur ki, vizitka (ümumiyyətlə dizayn) görməli olduğu işi yerinə yetirə bilsin ;)
Sitat
 
 
#5 Guest 2010-06-25 11:02
Beli admin, fikrinle tamamen raziyam.. bizimkilerde hemde sadelik cox azdi..Esas meqsedleri firmalarin adlarinin goze girmesidi.. )) yaxinlarda adin cekmeyeceyim seviyyeli bir firmanin vizit kartlarini cap eledik, o firmanin mudirinin vizit karti idi hemde..sen adamda sadeliye bax ki, vizit kartda Ad ve Soyadinin altinda "Direktor" sozunu yazdirtmadi. Cox beyndim , ish ona deyerler (^_^)
Sitat
 
 
#4 admin 2010-06-23 17:13
İş orasındadır ki, müştərilər də çox vaxt nə istədiklərini konkret olaraq ifadə etmirlər. Ümumi danışıb sanki dizaynerin ixtiyarına buraxırlar, amma sonda başlayır ki, yox bele olmasın ele olsun. Ay balam bunu elə əvvəldən deyə bilmirdin?! ))
Sitat
 
 
#3 Designer_E 2010-06-23 14:24
Men sonuncu defe bir neferden sifarish goturdum Fotoqraf ucun Kretiv vizitka istedi bir sade biri ise shekilli iki variant eledim xoshuna gelmedi.
Zovqler fikirler ferqlidir.
Sitat
 
 
#2 admin 2010-06-19 23:38
Samir inan heç təəccüblənmərəm müştərinin belə bir istəyi olanda. Vizitka haqqında ikinci dərsi yazanda bütün ürəyimdə olan vizitka yaralarını sağaltdım ;) ona görə indi özümü bu mövzuda rahat hiss edirəm )))
Sitat
 
 
#1 Guest 2010-06-19 17:02
Kreativ vizitka men helem Azerbaycanda gormemishem demek olarki ve indiyedek bir kilent bele yaxinlashib demeyibki men ferqli, qeyri adi elecede Kreativ vizitka isteyirem. Sade vizitka hazirlamaq ve tez bir zamanda kilente vermek cox rahat basa gelir ama digerlerinden ferqlenmir..inan 15-20deq bundan evvel bir vizitka hazirladim..ofislerinin seklini vizitkartin ustunde olmasini istediler..inanin ozumu gulmekden zor tutdum.. Fikrimce her bir ish adaminin 1sade ve 1de Kreativ vizitkada olmalidir
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə