"Rənglərin Konserti" — konsert üçün poster dizaynı
Müəllif: Rizvan Bağırlı   
30.09.11 10:12

 

Bu dəfəki material rok konserti üçün poster dizaynının hazırlanması prosesinə həsr olunub. Dizayn prosesindən də görəcəksiniz ki, yaxşı nəticə üçün hansısa ornament elementlərindən, bər-bəzəkli şriftlərdən, Photoshop effektlərindən istifadə etmək lazım deyil. Sadəcə iki foto götürüb, səliqəli kollaj hazırlayıb, müxtəlif rəng korreksiya funksiyalarından istifadə edib, maraqlı dizayn əldə edəcəyik. Beləliklə başlayaq...

Musiqiçi fotosu

Tamaşaçılar fotosu

Bu fotoları sxc.hu saytından yükləyin. 

İlk baxışdan bu iki fotonun rəng qamması bir-birinə tam uyğun gəlmir. Amma kompozisiya baxımından bir-birini çox gözəl tamamlayırlar. 

İlk olaraq a4 və ya a3 fotmatda (tələb olunan ölçüdə) boş sənəd hazırlayıb, musiqiçinin fotosunu yuxarı hissəyə yerləşdiririk.

Ardınca ikinci fotonu da aşağı hissədə qalan boş sahəyə yerləşdirək. Sonda mətn elementlərini yerləşdirmək üçün, aşağı hissəni tam doldurmayaq.

İkinci fotonun yuxarı hissələrini elə maskalayaq (silək) ki, təxminən belə bir səhnə alınsın. 

Tamaşaçılar olan qatı aktivləşdirib, Curves (Ctrl+M) funksiyasına müraciət edək. Blue kanalını açıb şəkildə gördüyün kimi qrafiki redaktə edək. 

İndi tamaşaçılar olan qat da göy ton (rəng) aldı.

Aşağı hissədə qalan boş ağ sahəni də rəngləyək. Tamaşaçılar olan qatın aşağı hissəsindəki rəngi Eyedroppper Tool (i) aləti ilə götürüb, fon kimi istifadə edək.

Tamaşaçılar olan qatın aşağı hissəsində boş yer çox qalsın deyə, sonuncu tamaşaçılar görünən hissəni də maskalayaq (silək).

Layers (F7) pəncərəsində bütün qatlardan üstdə yeni qat yaradıb (Ctrl+Shift+N), aşağıda gördüyünüz kimi rəngləyin.

Qatın rejimini Exclusion-a dəyişin, şəffaflığı 18 faiz edin.

Daha bir qat yaradıb, şəkildə gördüyünüz kimi rəngləyin.

Rejimi Color, şəffaflığı 27 faiz edin.

Sol tərəfə daha bir narıncı ləkə olan qat əlavə edək. Narıncı işıq tamaşaçının əli səviyyəsində olacaq.

Rejimi Screen, şəffaflığı 82% edirik.

İndi görüntü belə olacaq.

Keçək tipoqrafik elementlərə.

Konsertin adını şərti olaraq "Rənglərin konserti" qoyaq. Əsas konsert sözünün görünməsi üçün onu daha qalın şriftlə (Helvetica Black və ya Arial Black) yazdım. "Rənglərin" sözü zərif olsun deyə Georgia şrifti ilə yazdım. 

Yazıların rəngini fotodan görtürdüm, amma daha parlaq, daha rəngli etdim.

Aşağı hissəyə konsert haqqında məlumat mətnini yerləşdirdim. Yenə Georgia şrifti ilə və eyni rənglə də bu elementi hazırladım. Şrift bu hissədə bir o qədər də uğurlu alınmadı, amma eybi yox, dünya dağılmayacaq... ))

İşi bu mərhələdə də bitirmək olardı, amma eksperiment aparmaq xətrinə yeni Curves qatı əlavə etdim.

Əvvəlcə Red kanalında,

sonra isə Blue kanalında gördüyünüz kimi rəng korreksiyası apardım.

Eksperimentin nəticəsi sevindirməyə bilməzdi ))). Sonda belə bir rəngli, maraqlı konsert posteri alındı.

Tipoqrafik elementlərə daha çox vaxt sərf edib, daha yaxşı nəticə də əldə etmək olardı. Ona görə də dizayn edərkən elementləri fərqli ölçüdə, fərqli mövqelərdə yerləşdirib test edin. 

Bu günlük də bu qədər, hələlik...



 

Şərhlər  

 
#3 Guest 2011-10-04 17:31
Selcuq sagh ol ))

heydarov yaddan cixmayib - sadece xirda texniki ish qalib onu hell edib registrasiya blokunu atacam sayta, ola biler ki ele sabah etdim bu ishi. tipoqrafiya capina yaramamagha geldikde - icaze ver senle razilasmayim )) burda qeyri adi parlaq rengler yoxdur ki, metbeeden gorunduyu kimi cixmasin. cmyke cevirsek yein ki cox az ferqlenecek indiki goruntuden
Sitat
 
 
#2 Guest 2011-10-01 23:03
ouu ba buna deyerem esil ders bele dersler cox yerlesdirinde )
Sitat
 
 
#1 Guest 2011-10-01 16:43
Rizvan poster əladır, amma inammıram tipoqrafiya çapına yaraya. Bu mənim subyektiv fikrimdir.
P.S. Men çoxdan bu saytda qeydiyyatdan keçmişdim. Amma indi axtarıb giriş eləmək üçün yeri tapmadım. Şərh yazmaq üçün məcbur logindən sonra əlavə xətt atdım. Deyəsən saytda dəyişiklikdən sonra giriş yeri yaddan çıxıb )) Bir də ki, mən facebookda yoxam. Amma sən tək facebook vasitəsilə şərh saxlamaq metodunu saxlasan mən daha şərh yazammayacam. Yeqin menim kimi başqa istifadəçilər də var. Öz saytını niyə facebookdan asılı vəziyyətə salırsan ki?
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə