Adobe İllustrator-la ümumi tanışlıq (1. hissə) — Rəng, Rəng nümunələri və Qradient pəncərələri
Müəllif: Rizvan Bağırlı   
19.12.11 13:07

Bu gündən başlayaraq daha bir tilsimi sındırmaq qərarına gəldim — azdizayner-də Adobe İllustrator-a həsr olunmuş materiallar hazırlayacam. Ənənəvi olaraq başlanğıcda proqramla ümumi tanış olub, tədricən onu dizayn işlərində tətbiq edəcəyik. Ümid edirəm ki, bu yenilik çoxlarının ürəyincə olacaq. Beləliklə başlayaq...

Qeyd: Dərəslərdə Adobe İllustrator-un CS 5 versiyasından istifadə edəcəm. Dərslərdə verdiyim izahatlar digər versiyalarla üst-üstə düşməyə bilər.

Adobe paketə daxil olan proqramların interfeysi ümumən bir-birinə oxşadığı üçün İllustrator-un interfeysi haqqında ümumi məlumat verməyəcəm. Çünki Photoshop dərslərinə başlayarkən bu barədə ətraflı danışmışdıq.

Ona görə də ümumi tanışlıq dərslərində çox istifadə olunan funksiya və alətlərin izahatını verməyə çalışacam. İlk olaraq rəng və qradientə cavabdeh olan pəncərələrə nəzər salaq:

Swatches, Color, Gradient.

Adi halda bu pəncərələrin hər üçü proqramda aktiv olur. Əgər hər hansı səbəbdən hansısa pəncərə aktiv deyilsə, yəni proqramda görünmürsə onu geri qaytarmaq asandır. Bunun üçün menyudan, Window bölümünə daxil olub, istədiyiniz pəncərəni aktivləşdirə bilərsiniz.

İstənilən obyekti çəkib, Swatches (Nümunələr) pəncərəsində hazır rəng şablonlarından istifadə etmək mümkündür. Rəngi seçərkən Color (Rəng) pəncərəsində həmin rəngin tərkibini görə bilərsiniz. 

  Əgər seçilən rəng sizi qane etmirsə Colors pəncərəsindəki tənzimləmələrlə istədiyiniz dəyişikliyi edə bilərsiniz.

Swatches pəncərəsində rənglərdən başqa qradient nümunələri (rəng keçidləri) də var. Hər hansı qradienti seçməklə Gradient pəncərəsində onun tərkib elementlərini, formasını və s. informasiyanı görə bilərsiniz. 

Əgər qradienti dəyişmək istəsəz istənilən markerin üstündə iki dəfə klik etməklə həmin rəngin tərkibini göstərən rəng pəncərəsi açılacaq. Bu pəncərədə asanlıqla qradienti redaktə edə bilərsiniz.

İllustrator-da qradientin iki forması var: Radial (dairəvi) və Linear (xətti). Bu formalardan hər hansı birini elə Gradient pəncərəsindən seçmək olar.

Adobe İllsutrator-da şəffaflıq bir az problemli məsələ idi. Amma İllustrator CS5-dən etibarən bu problem nisbətən aradan qalxıb. Məsələn elə Gradient pəncərəsində markerin hər hansını qeyd edib, bir az aşağıda olan Opacity funksiyası vasitəsilə şəffaflığı tənzimləyə bilərsiniz. 

Gördüyünüz kimi yuxarıda sumağı rəngli markerin şəffaflığını 0% etdim. Nəticədə qradientli düzbucaqlının həmin hissəsi şəffaf oldu və altdakı obyekt göründü. 

 Qradienti dairəvi formadan xətti formaya salıb şəffaflığın necə dəyişdiyinə nəzər salaq.

Gradient pəncərəsinin yuxarı sol küncündə yerləşən blokdan bir neçə hazır qradient forması seçmək mümkündür. 

Swatches pəncərəsində rənglərdən və qradientdən başqa pattern də seçmək mümkündür. 

Bu günlük bu qədər. İllustrator-la tanışlığımız davam edəcək. Hələlik...



Adobe İllustrator-la ümumi tanışlıq (1. hissə) — Rəng, Rəng nümunələri və Qradient pəncərələri
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə