Adobe İllustrator-la ümumi tanışlıq (2. hissə) — Stroke pəncərəsi
Müəllif: Rizvan Bağırlı   
20.01.12 20:49

 İllüstratorla tanışlığımızı davam etdirək. Bu gün də çox istifadə olunan pəncərələrdən biri ilə tanış olacağıq — Stroke (Xətt). Nümunə üzərində Stroke pəncərəsinin ayrı-ayrı hissələrinin nəyə cavab verdiyini izah edib, bu pəncərədən düzgün istifadə üçün lazım olan məlumatı verməyə çalışacam.

İzahat üçün ilk olaraq aşağıdakı obyekti çəkdim.

Ümumiyyətlə İllüstratorda obyektlərin kənar xəttlərini aktivləşdirmək üçün əvvəlcə obyektin üzərində, sonra isə Alətlər Panelində Stroke düyməsinin üzərində klik etmək lazımdır.

Gördüyünüz kimi çəkdiyim ulduzun fon rənginə cavab verən hissə narıncı rəngdə, xətt hissəsinə cavab verən hissə isə qeyri-aktivdir. Bu iki hissədən hər hansı biri ilə işləmək üçün əvvəlcə onu aktivləşdirmək lazımdır. Bunun üçün sadəcə həmin hissəni önə keçirtmək kifayətdir (klaviaturanın "X" düyməsini, həmin hissəni və ya bir az yuxarıda olan əyri, ikibaşlı ox düyməsini basmaqla).  

Stroke bölümünü aktiv etdikdən sonra Swatches pəncərəsindən hazır rənglərdən birini klik etməklə, obyektin kənar xəttlərini aktiv edib, rəng vermiş oluruq.

Xəttin digər parametrləri üçün bizə Stroke pəncərəsi lazım olacaq (Menyu-Window-Stroke).

Bu pəncərənin Weight bölümündən xəttin qalınlığını (1 mm) təyin edirik.  

 Xəttlərin sınma hissələrindəki (künclərdəki) formasını Corner bölümündən dəyişə bilərsiniz.

 Xəttin düz, nöqtəli, qırıq xəttli olmasını müəyyən edən hissə Dashed Line-dır. Buranı aktivləşdirib, birinci dash bölümünə lazım olan göstəricini daxil edin. Bu zaman qırıq xəttin bir diliminin uzunluğu daxil etdiyiniz ölçüyə uyğun olacaq. Dilimlər arası məsafəni gap bölməsi müəyyənləşdirir.

 Bir az aşağıda olan Arrowheads bölümündən xəttin uclarının formasını təyin edə bilərsiniz. 

 Ən aşağıda olan Profile bölümündə müxtəlif hazır xətt şablonlarından istifadə edə bilərsiniz.

Bu günlük də bu qədər. İllustrator-la tanışlığımız davam edəcək. Hələlik...

Bu pəncərənin Weight bölümündən xəttin qalınlığını (1 mm) təyin edirik. 


Adobe İllustrator-la ümumi tanışlıq (2. hissə) — Stroke pəncərəsi
 

Şərhlər  

 
#1 designer 2012-02-02 14:52
cox tesekkur qrafik proqramlarla bizi etrafli tanis etdiyiniz ucun. en cox da illustrator ile. ozum qrafik dizayner olmaqa namized kimi bunu deyirem)) 2ci kursda oxusam da universitetde cox deqiq kecirilmir bu proqramlar ixtisas qrafik dizayner olsa da... bir daha tesekkur.
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə