| Adobe İllustrator-la ümumi tanışlıq (3. hissə) — Brushes pəncərəsi |
| Müəllif: Rizvan Bağırlı |
| 08.02.12 12:59 |
|
Adobe Illustrator-la bir neçə dərsdən ibarət ümumi tanışlığın 3-cü hissəsinə çatdıq. Bildiyiniz kimi Adobe Photoshop-la bu proqramın ümumi interfeysi və menyu sistemi oxşar olduğundan təkrar tanışlığı lazım bilmədim. Çünki bloqdakı ilk dərslərimizdə bu barədə ətraflı məlumat vermişdim. Əvəzində İllustratorla tanışlığı daha çox istifadə olunan pəncərələrin və alətlərin izahatı ilə davam etdiririk. Növbə İllustrator-da ən çox istifadə olunan pəncərələrdən birinə çatdı: Brushes (Fırçalar). Fırçaların mahiyyətini izah etmək üçün sadə bir düzbucaqlı çəkib, kənar xəttini çəhrayı rənglə rənglədim.
Adi halda Brushes pəncərəsində (Menyu-Window-Brushes və ya F5) bir neçə hazır fırça nümunəsi olur. Gəlin elə ilk olaraq onları nəzərdən keçirək. Düzbucaqlını aktiv saxlamaqla ilk fırçanın üzərində klik edək.
Gördüyünüz kimi xəttlər maraqlı forma aldı.
Sonuncu dekorativ çərçivə fırçasını da klik edib, nəticəyə baxaq.
Hər dəfə müəyyən fırçanı seçərkən xəttlər fırçanın xarakterinə uyğun olaraq maraqlı şəklə düşür.
Bu vəziyyətdə xəttin rəngini də dəyişmək mümkündür.
Brushes pəncərəsindəki fırçalar təbii ki, bizə iş üçün azlıq edəcək. Əlavə fırçalar üçün pəncərənin aşağı hissəsində yerləşən Brush Library (Fırça kitabxanası) bölümünü açıb, istənilən fırça kateqoriyasını seçə bilərik.
Açılan pəncərədə kifayət qədər maraqlı fırçalar görə bilərsiniz. İstədiyiniz bir fırçanın üzərində klik edib xəttə lazım olan formanı verə bilərsiniz. Bu zaman həmin fırça həm də Brushes pəncərəsində aktiv olacaq.
Kitabxanadan daha bir fırça kolleksiyasını açaq.
Buradakı fırçalar kifayət qədər çox və praktikdir. Daha bir nümunə üçün adi düz xətt çəkib, kitabxanadan Decorative fırçalar bölümünü, ordan isə Decorative_Text Dividers fırçalar pəncərəsini açdım.
Xoşuma gələn bir fırçanı aktiv edib, nəticəyə baxaq.
İlk baxışdan nəticə gözlədiyimiz qədər maraqlı alınmadı. Çünki bu tip fırça şablonları adətən xəttin müəyyən qalınlığına görə uyğunlaşdırılıb. Ona görə xəttin qalınlığını tədricən artırıb, lazım olan səliqəli formanı ala bilərsiniz.
son nəticəyə baxa bilərsiniz.
Oxşar mövzular
|
































