|
Müəllif: Rizvan Bağırlı
|
|
11.02.12 12:12 |
|
Adobe İllustrator-la bağlı materialları dərc etməyə başlayarkən proqram haqqında ümumi məlumat, sənədin yaradılması və alətlərlə bağlı heç bir məlumat verməmişdim. Buna səbəb isə bu mövzuda proqramın Photoshop-a oxşarlığı, strukturun təxminən eyni olması idi. Photoshop-la bağlı adı çəkilən dərslər isə saytda artıq yayımlanıb. Lakin video-dərslərə başlayarkən qərara gəldim ki, oxuyucular İllustrator-la bağlı ətraflı məlumat əldə edə bilsinlər. Ona görə də bu günkü video-materialda Adobe İllustrator-da yeni sənədin hazırlanması, sənədin parametrləri, bəzi alətlər haqqında məlumat verəcəm.
|
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
09.02.12 12:45 |
|
Çoxsaylı oxucu təkliflərini nəzərə alıb bu gündən etibarən saytda dizayn və qrafik proqramlara həsr olunmuş video materiallar hazırlayıb sizə təqdim edəcəm. İlk video-dərs piksel və vektor qrafikası anlayışına həsr olunub. Videoya baxdıqdan sonra yeni başlayanlar bu iki qrafika arasındakı fərqin nədən ibarət olduğunu anlayacaq, birinin digərindən hansı üstünlüyə malik olduğunu başa düşəcəklər. Mövzu ilə bağlı sual və təkliflərinizi yazmağı unutmayın.
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
08.02.12 12:59 |
|
Adobe Illustrator-la bir neçə dərsdən ibarət ümumi tanışlığın 3-cü hissəsinə çatdıq. Bildiyiniz kimi Adobe Photoshop-la bu proqramın ümumi interfeysi və menyu sistemi oxşar olduğundan təkrar tanışlığı lazım bilmədim. Çünki bloqdakı ilk dərslərimizdə bu barədə ətraflı məlumat vermişdim. Əvəzində İllustratorla tanışlığı daha çox istifadə olunan pəncərələrin və alətlərin izahatı ilə davam etdiririk. Növbə İllustrator-da ən çox istifadə olunan pəncərələrdən birinə çatdı: Brushes (Fırçalar).
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
20.01.12 20:49 |
|
İllüstratorla tanışlığımızı davam etdirək. Bu gün də çox istifadə olunan pəncərələrdən biri ilə tanış olacağıq — Stroke (Xətt). Nümunə üzərində Stroke pəncərəsinin ayrı-ayrı hissələrinin nəyə cavab verdiyini izah edib, bu pəncərədən düzgün istifadə üçün lazım olan məıumatı verməyə çalışacam.
|
|
Müəllif: Rizvan Bağırlı
|
|
19.12.11 13:07 |
|
Bu gündən başlayaraq daha bir tilsimi sındırmaq qərarına gəldim — azdizayner-də Adobe İllustrator-a həsr olunmuş materiallar hazırlayacam. Ənənəvi olaraq başlanğıcda proqramla ümumi tanış olub, tədricən onu dizayn işlərində tətbiq edəcəyik. Ümid edirəm ki, bu yenilik çoxlarının ürəyincə olacaq. Beləliklə başlayaq...
|
|
|
|
|
|