| azdizayner.com — uğurlu 2010-cu ilin yekunları |
| Müəllif: Rizvan Bağırlı |
| 30.12.10 09:05 |
|
2010-cu ilin mart ayının 20-də saytımızın ilk onlayn dərsi dərc olundu. Düzdü buna qədər saytın bir neçə materialı hazır idi və sayt onlayn fəaliyyətə başlayanda bu dərslər artıq dərc olunmuşdu. Amma onlayn rejimdə məhz "Sadə vizitka dizaynı" dərsi ilk olaraq hazırlandı və sizlərin ixtiyarına verildi. Çox maraqlı haldı ki, bu dərs indiyə kimi ən populyar materiallar siyahısına başçılıq edir. Sağdakı TOP 10 siyahısına baxıb buna özünüz də şahid ola bilərsiniz. 2010-ci il ərzində saytımızda 45 Photoshop dərsi, 28 Corel Draw və 41 Dizayn məqaləsi olmaqla 114 material dərc olundu. İlk baxışdan bu böyük göstərici olmaya bilər. Amma hər materialın hazırlanma prosesinə nəzər salsaq işin çəinliyi üzə çıxar: 1. Dərs və məqalələr üçün plan siyahı hazırlanır, istifadəçilərin istəyi, xarici saytlardakı dərslərin tendensiyası, yolda gedərkən ağlıma gələn dərslər, iş prosesində formalaşan materialların qeydləri telefona və ya digər bir yerə qeyd edilir. 2. Dərs üçün ilk olaraq özüm tərəfindən eksperimentlər aparır, dizayn hazırlayır, alternativ metodlara əl atıram. Çatışmamazlıqlar, bilmədiyim nüansları xarici bloq və forumlardan öyrənib, araşdırıram. Material dərs yox, məqalədən ibarət olacaqsa yazının planını beynimdə təqribi formalaşdırıram. 3. Dizayn prosesini yenidən icra edib, skrinşotarı (ekran şəkillərini) çəkirəm. Çoxsaylı şəkillərin içərisindən lazım olanlarını saxlayıb, ardıcıllığı müəyyən edib ayrıca bir papka şəklində bir araya gətirirəm. 4. Son olaraq şəkilləri sayta yükləyib, əksər hallarda elə onlayn rejimdə materiallar üçün yazıları yazıram. Bütün bunlar dar zaman çərçivəsində baş verir və əksər hallarda yazını redaktə etməyə belə vaxt qalmır. Yeri gəlmişkən belə qüsurları üzürlü hesab edin və əgər səhvlər çox və kobud olarsa bunu imkan daxilində mənə bildirin. Sevindirici hal odu ki, bu əziyyətimiz cavabsız qalmır. Sizlərdən gələn şərhlər, facebook yazıları, sosial şəbəkələrdə paylaşımlar, verdiyiniz suallar bizim düz yolda olduğumuzu göstərir. Digər bir qiymət də Milli İnternet Forumundan gəldi. Forumun hər il keçirdiyi Milli Net müsabiqəsinin bu ilki, ən yaxşı bloq nominasiyasında qalibi azdizayner.com oldu. Bu nəaliyyətlər təbii ki, baş gicəlləndirmir, əksinə daha çox inkişaf etməyə stimul verir. Bizə təqdim olunan jüri qiymətləriylə tanış olduqda gördüm ki, bəzi münsiflər saytın dizayn, kontent və funksionallığına aşağı qiymət verib, iradlarını yazıblar. Bunu nəzərə alıb saytın 1 illik yubileyinə kimi yeni dizayn hazırlamağı qərara aldım. Amma tək yox, sizinlə... )) Bəli, bəli məhz sizinlə. Belə ki, yaxın zamanda sayt üçün 2-3 dizayn versiyası hazırlayıb bu prosesi dərs kimi saytda yerləşdirəcəm. Nəticədə həm siz veb-dizaynın hansı ardıcıllıqla baş verdiyini öyrənəcək, həm də bu prosesdə iştirak edəcəksiniz. Sonda dizayn versiyaları səsverməyə və sizin müzakirənizə çıxarılıb yekun qərar veriləcək. Daha bir layihəm də var. İnşAllah 2011-ci il üçün əsas strateji planım məhz bunu həyata keçirmək olacaq. Qısa olaraq deyim ki, aylıq elektron dizayn jurnalı hazırlamağı planlaşdırıram. Bu çox çətin və zaman tələb edən bir iş olduğu üçün "tezbazar" həyata keçirmək mümkün olmayacaq. Amma vaxt keçdikcə jurnalın planını, sistemini müəyyənləşdirib son olaraq yenə sizinlə müzakirə edəcəm. Bu haqda hələ çox danışmaq istəmirəm, necə deyərlə düşər-düşməzi olar ))))))). Yeni il, köhnə il... bunların hamısı şərti anlayışlardır. Əsas odur ki, zamana israf etməyin. Daim öyrənin, araşdırın, bir yerdə durmayın. Öz işinizin professionalı olana kimi irəliləyin, öz üzərinizdə işləyin. Sonda bir işin az-çox biləni olduğunuzu gördükdə isə bundan həzz alıb, əziyyətinizin boşa getmədiyinin şahidi olacaqsınız. Sizə uğurlar – tək 2011-ci ildə yox, bütün zaman kəsiyində. Hələlik... P.S. Yeri gəlmişkən, az qala unudacaqdım: saytın fəaliyyətində vaxtaşırı mənə yaxından kömək etdiklərinə görə dostlarım İlkin və Nigara da sonsuz təşəkkürümü bildirirəm. Allah razı olsun! ) Oxşar mövzular
|

Qeyri-müəyyən uzunluğu olan ö

















Şərhlər
Seumur buyur qardas, tesekkurler. Xususen son setre gore )))
Uğurlarınızın davamını arzulayıram!
Qeyd: "2011"-i "2010"-a dəyişmisiz, şəkilçi olduğu kimi qalıb. ;-)
Bizi de unutmadigina gore minnetdaram. Hemishe yaninda olmaga chalishacam... bir az bashim garishigdir son vaxtlar amma inan ki hemishe komek etmeye chalishacam :)
Men Sizi Yeni İl" ve "Dunya Azerbaycanlilar inin Hemreylik gunu" munasibetile tebrik edirem!
2011-ci ilin Sizin uchun daha dusherli olmasini arzulayiram!
Ugurlar!
P.S. - azdizayner.com — uğurlu 2011-ci ilin yekunları yox azdizayner.com — uğurlu 2010-cu ilin yekunları olmalıdır.. ))
RSS – bu irəlidəki şərhlər üçün.