azdizayner yeniləndi
Müəllif: Rizvan Bağırlı   
29.09.11 16:48

azdizayner yeniləndiBir müddət əvvəl sayt üçün dizayn hazırlamışdım. İki rəng versiyasında oxucuların təqdimatına çıxardığım maketin biri göy rəng çalarında, digəri isə açıq yaşıl rəngdə idi. Facebook səhifəsində bir o qədər də aktiv olmayan müzakirə və səsvermənin sonunda birinci versiya dəstək qazandı. Bu gün dizaynın sayta adaptasiya olunması prosesi əsasən başa çatdı. Saytın təkmilləşdirilməsi bundan sonra da davam edəcək. Hələliksə növbə saytın sisteminin və materialların aktivləşdirilməsinindir.

İndi saytın dizaynı daha təmiz və sadədir. Loqonu modernləşdirilib, ".com" hissəsini çıxartmışam. Ana səhifədəki şəkillərin ölçüsü nisbətən böyütmüşəm — (bundan sonra 200x200px olacaq). Modern bloqqinqin tələblərinə uyğun olaraq azdizayner-in funksional tərəfini də nisbətən zənginləşdirmişəm.

İndi materiallara şərh yazmaq daha da asanlaşdı. Köhnə şərh sisteminin əvəzinə, yeni Facebook şərh sistemi tətbiq olunacaq. Facebook-dakı istifadəçi adınızla materiallara şərh yazıb, müzakirələrdə iştirak edə bilərsiniz. Bir müddət köhnə şərh sistemi də paralel olaraq fəaliyyət göstərəcək. Lakin bu sadəcə köhnə müzakirələrin axınını saxlamaq məqsədi daşıyır. 

Bundan sonra materialları operativləşdirib, daha da rəngarəng etməyə çalışacam. Veb və reklam dizaynlarına üstünlük verəcəm. İstifadəçilərin çoxsaylı xahişini nəzərə alıb, yaxın zamanlarda saytda Adobe İllustrator-a həsr olunan  yeni bölmə açmağı düşünürəm.

Sözümün üstündə nə qədər duracağımı isə zaman göstərəcək )). 

Sizə də, mənə də uğurlar! Hələlik...



azdizayner yeniləndi
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə