| “Biz yalnız qeyd edirik!” – QEYD.AZ saytının administratoru Rəvanla müsahibə |
| Müəllif: Rizvan Bağırlı |
| 23.08.10 08:50 |
|
Rəvan, bloqunun bir yaşını bir daha təbrik edirəm, bu çətin işdə sənə və saytına bol uğur, maraqlı materiallar və daim artan istifadəçi sayı arzu edirəm. Ad günü ərəfəsində saytda abu-hava necədir? Bayram hiss olunurmu? Çox sağ ol, Rizvan. Diqqətinə görə minnətdaram. Çox istərdim ki, kiçik bloqumuzun 1 yaşını xüsusi qeyd edim. Yeni ideyalarla, yeni layihələrlə növbəti il istifadəçilərimizi sürprizlərlə şad etməyə çalışacağıq.
Qeyd.az aznetin digər resurslarından nə ilə fərqləndi, milli internet istifadəçisinə yeni nə verdi? Düzü heç vaxt aznetin digər bloq, saytları ilə qeyd.az-ı xüsusi fərqləndirməmişəm. Qeyd.az sadə bir bloqdur. Əsas fikrimiz maraqlı bildiyimiz məlumatlar, hadisələr haqda öz şəxsi qeydlərimizi aparmaq, eyni zamanda Azərbaycanın istedadlı insanları haqda tanışlıq xarakterli məlumat çatdırmaqdan ibarətdir... Saytı yaratma fikrinə nə vaxt gəldin? Nə baş verdi ki, belə çətin bir işə qol qoymaq istədin? Belə bir bloqu istifadəyə verməyi çoxdan düşünürdüm. Hərbi xidmətimi bitirdikdən sonra qəti fikrə gəldim və avqustun 21-i dostum Samirin (AzeriFire.az) köməkliyilə qeyd.az internetə daxil oldu. Qeyd.az bu qədər milli “resursu” – istedadları necə tapıb üzə çıxarır? Bu işdə köməkçilərin varmı? Yoxsa işlərini yerləşdirdiyin müəlliflər özləri sənə müraciət edir? Əlbəttə, tək əldən səs çıxmaz. Qeyd.az-a dəstək olan bütün dostlarıma, yoldaşlarıma təşəkkür edirəm. Bloqun inkişafında dostum Elvir Salamov (Allfun.az) və Nicatı (“Baku” Select.az) xüsusilə qeyd etməliyəm. Özümüzdən əlavə, Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. ünvanına da çoxlu müraciətlər olunur. Biz də onlardan ən yaxşılarını seçib qeyd edirik. Bununla bərabər saytın tematik formatına uyğun olaraq öz qeydlərini aparmaq istəyən hər kəs bizə qoşula bilər. Keçən bir il ərzində qeyd olunan ən maraqlı 5 mövzunu göstərə bilərsən? Ən maraqlı demək bir az çətin olardı. Amma saytın statistikasına görə, baxış sayına görə 5 populyar post bunlardır: 1- PanTural “TopGear” İstifadəçilərin mövzulara yazdığı şərhlərin keyfiyyəti səni qane edirmi? Başa düşürəm ki, hər kəsin öz şəxsi fikri var və hamının fikrinə hörmətlə yanaşmağa çalışıram. Şərhlərdə daha çox səmimiliyi və tənqidi fikirləri görmək istərdim. Nədənsə bir çoxları şərh yazmaqdan çəkinir, bəzi hallarda isə bu və ya digər xəbər haqda öz fikrini mənim mail adressimə yazır. Saytı ziyarət edən hər kəs öz şərhini qeyd etsəydi daha maraqlı olardı... Fikrimdən çıxmamış məni və yəqin ki, çoxlarını düşündürən bir sualı vermək istərdim. Sən yəqin ki, aznetin ən uzun ləqəbli (niki olan) istifadəçisisən: Cazbalayev Numizmat Bakılı oğlu ))). Nə məna verir bu sözlər toplusu? )) :))) İnternetlə tanış olduğum vaxtdan “Numizmat”ı nikneym kimi istifadə etmişəm. Səbəb: Ən sevdiyim hobbimdən biri “Numizmatika” , ən sevdiyim musiqi janrı Caz və Bakılı olduğum üçün məhz belə bir nik ad düşündüm. Hətta elə vaxt olub ki, bəziləri mənim adımın “Numizmat” olduğunu düşünüblər. )))))) 8. Söz ləqəbdən düşmüşkən, xarici bloqqerlər saytlarında özləri haqda ətraflı məlumat yerləşdirir, hətta bunun üçün ayrıca bölmə açır (müəllif haqqında), fotolarını ana səhifəyə qoyur, istifadəçi adı olaraq öz ad və soyadlarını seçirlər... Bizdə isə bunun tam tərsi baş verir. Bu düşüncə tərzindəki fərqdən qaynaqlanır, yoxsa internetdən istifadə mədəniyyətimiz eyni deyil? Mən bu fərqi görmürəm. Aznetdə də özü haqda informasiya yerləşdirən və yerləşdirməyən bloqqerlər var. Əsas odur ki, maraqlı yazıları olan bloqqerlər olsun. Bloq idarə etməyin olduqca çətin iş olduğunu bilirəm. Sayta material axtarıb-tapmaqdan, tərtib edib yerləşdirməkdən bezdiyin anlar olubmu? Və ya vaxt çatışmamazlığı üzündən həvəsdən düşüb geri dönmək istəmisənmi? Qeyd.az-da yerləşdirdiyim hər bir materialı diqqətlə öyrənirəm. Çalışıram hər şey maksimum anlaşıqlı, sadə və gözəl olsun. Düzdü daim bloqa vaxt ayırmaq olmur, bəzən hətta bezdirici olur. Lakin belə vaxtlar dostların köməyi, motivasiyası yardımçı olur. Bir az da aznet haqqında danışaq. Bir cümlə ilə aznetin bu günki vəziyyətini təsvir edə bilərsən? Bir cümlə ilə: AzNet real Azərbaycan həyatının virtual modelidir. Məncə hər şey aydındır. Faydalı resurs qıtlığı Azneti başına alıb gedir. Samballı olanlar isə hələ də rusdilli saytlardır. Dil probleminin bu vaxta qədər qalmasına səncə səbəb nədir? Qeyd.az-ı istifadəyə verməmişdən qabaq dostum “Salamoff” ilə bloqu hansı dildə istifadəyə verəcəyimiz haqda çox düşünürdük. Sonda qərara aldıq ki, bloqu sırf milli internet istifadəçilərinə həsr edək. Yəni yalnız Azərbaycan dilində. Ümumiyyətlə, belə bir müqayisəni aparmaq istəməzdim. Çox istərdim ki, xarici dillərdən əlavə doğma azərbaycan dilində fəaliyyət göstərən maraqlı bloqlar, saytlar çox olsun. İnternet istifadəçimizin bütün vaxtını faydasız sərf etdiyi saytlar tanışlığa, mp3 yükləmələrinə, əyləncə fotolarına həsr olunub. Bu tendensiya nə vaxta qədər sürəcək? Günahkar kimdi – İstifadəçi və ya sayt sahibləri? Sayt sahibini qınamaq olmaz. Heç kim istifadəçini məcbur etmir ki, hansısa saytı mütləq ziyarət etsin. Bu baxımdan istifadəçi sərbəstdir. Məncə hər kəsin öz maraq dairəsi var. İnternetdə hər kəs öz axtardığı (istədiyi) məlumatı tapır... Tez-tez sayt adminlərinin plaqiatçılığından şikayət edirsən. Bu səni çoxmu həvəsdən salır, ya oğurluğun tez-tez baş verməsi səni bezdirir? AzNetin ən populyar (əyləncə xarakterli) saytları demək olar hamısı oğurlayır. Məni əsəbləşdirən insanların hər hansısa oğurladığı xəbərə görə təhqir sözlərini çox rahatlıqla qəbul etməsidir. Dərd orasındadır ki, öz saytlarında həm də dini məlumatlar yerləşdirən saytlar eyni zamanda oğurluq da edirlər. Bəs halallıq?! Qeyd.az-da yerləşdirilən məlumatların demək olar ki, hamısı aznetin digər saytlar tərəfindən oğurlanır. Əksinə saytlarımız bir-birinə yardımçı olmaqdan, bir-birinə kömək və hörmət etməkdən belə iyrənc hərəkətlər edirlər. Belə inkişaf olmaz. Məsələn, mən görürəm ki, AzDizayner.com saytında Rizvan adlı bir istifadəçi maraqlı bir məlumat dərc edib, tez öz saytımda da bu məlumatı qeyd edirəm ki, ay camaat baxın Rizvan nə maraqlı məlumat qeyd edib... Prinsip belə olmalıdır. Məncə insanların belə səviyyəsiz hərəkətləri savadsızlıqdan irəli gələn bir şeydir. Birdə ki, bütün bu sayt işi, bloqqerlik və s. mənim üçün bir hobbidir, digər sayt adminləri kimi bütün günlərini həsr etdikləri, həyatlarının mənası hesab etdikləri kimi deyil. Ona görə mən bu işə ciddi yanaşmıram, yalnız təəssüflənirəm...
Çox şad oldum. Çətindir, xüsusən də milli musiqilərimizin axtarışı. Yeri gəlmişkən “Divar trafik” haqqında da fikrini bilmək maraqlı olardı )). Termin ağlıma bir neçə ay qabaq gəlib )) Küçələr, divarlar, metro qatarlarının şüşələri, avtobuslar, mümkün olan hər yer wap tanışlıq saytlarının “xaotik reklamları” ilə doludur. Qeyd.az-ı hansısa divara həkk etmisən? )) “Divar trafik”?! )))). Xüsusən tarixi binaların üzərində boya ilə həkk olunan yazılar insanı əsəbləşdirir. Məsələn, qışda İçəri Şəhərin girəcəyində gördüyüm bu yazının fotosunu çəkmişdim. Bu vandalizmdir.
Amma indiyə kimi Qeyd.az-ın logosu müxtəlif posterlərdə, şəhərdə dəmir hasarlarda və bəzi dükanların vitrinində həkk olunub. Ağrılı mövzulardan sonra dönək yenidən qeyd etməyə: aznetin indiki vəziyyətində bloqunu harda, hansı mövqedə görürsən? Qeyd.az da ümumi kütləyə qarışıb gedir, yoxsa öz cığırını açmaqla məşğuldur? AzNet-in özünü bir kütlə götürsək, onda istər-istəməz qeyd.az-da ora daxildir. Lakin qeyd.az-ın şüarı belədir ki, “Biz yalnız qeyd edirik!”, qeyd.az nə böyük informasiya portalıdır, nə də ki bir agentlik. Qeyd.az sadə bir bloqdur – öz qeydləri ilə.. Çalışacağıq öz maraqlı qeydlərimizlə yadda qalaq :) Yaxın vaxtlarda qeyd.az istifadəçilərini texniki və ya məzmun baxımından nə kimi yeniliklər gözləyir? - Qabaqcadan demək istəmirəm amma ideyalar çoxdu, inşallah reallaşdıracağıq. Son olaraq azdizayner.com saytının istifadəçilərinə arzu və istəklərin... - Bol-bol maraqlı məlumatlar, şərhlər və istifadəçilər. Çox istərdim ki, saytınızda yerli dizaynerlərin işləri haqda tənqidi məqalələr yer alsın. Uğurlar. Rəvan, çox maraqlı və səmimi söhbətə görə sənə sonsuz minnətdaram. İnanıram ki, müsahibə azdizayner istifadəçilərinin xoşuna gələcək. Gələcək, maraqlı müsahibələrdə görüşmək ümidi ilə, hələlik... Oxşar mövzular
|





















Şərhlər
İnşaAllah bunu ənənə halına salarıq tezliklə...
RSS – bu irəlidəki şərhlər üçün.