| Bu da son?!... |
| Müəllif: Rizvan Bağırlı |
| 02.08.10 15:01 |
|
...məzuniyyət qabağı yorğunluğun, sayta qulluq etmənin tənbəlliyinin sonu, çox tez keçən məzuniyyətin sonudur )). İstirahətdən sonra sayta qulluq etmənin, sizlərə daha faydalı və maraqlı materialların hazırlanmasının daha asan olacağını düşünürəm. Bu arada olan passivliyə, məqalələrin hazırlanmasındakı fasilələrə görə bir daha üzr istəyirəm. Hərçənd Nigar xanım son materialda bunu etmişdi, mən də təkrar etməkdə bir problem görmürəm. Olmadığım zaman müddətində yazdığınız şərhlərə, tənqid, xahiş və iradlarınıza cavab yazmağa çalışacam. Bir az gecikmə olsa bunu da üzürlü hesab edin. İlk iş günü olduğundan işdə toplanmış problemləri aradan qaldırmaq, saytla bağlı işləri planlaşdırmaq, yerləşdiriləsi və yazılası materialları bir daha gözdən keçirmək lazımdır. Saytda görmək istədiyiniz yenilikləri, dərsləri, məqalələri, texniki çatışmazlıqları elə bu mövzuda şərh olaraq yaza bilərsiniz. Çalışıb, azdizaynerin perspektiv planlarına daxil edərik... Sonda hal-hazırda məzuniyyətdə olan Nigar xanıma və digər yay istirahəti keçirənlərə "xoşVAXT" olmağı arzulayıram! )) Yazının yekununda isə qrafik dizaynla bağlı maraqlı "youtube videosunu" sizlərlə baş-başa buraxıram. Hələlik... Oxşar mövzular
|

Yox, yox yazının adı sizi qorxutmasın! )) Bu nə saytın fəlaiyyətinin sonuna, nə də hansısa uğursuzluğa işarə deyil. Tam tərsinə...

















Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.