Dafont.com – çox faydalı şrift yükləmə saytı
Müəllif: Rizvan Bağırlı   
28.05.10 23:23

İstər dizayner olsun, istər adi kompyuter istifadəçisi hər kəs şriftlə bu və ya digər dərəcədə maraqlanır. Xüsusən ilk dizayn cəhdlərini edən istənilən şəxs birinci olaraq yazdığı yazıların şriftləri ilə oynamağa başlayır. Ona görə də kimdən gəldi, hardan oldu kompyuterin yaddaşına şrift yazmağa başlayır...

Bu maraqlı fayl forması olmadan az qala kompyuteri, əməliyyat sistemlərini, proqramları, hətta internet texnologiyalarını təsəvvür etmək olmur. Hər gün ətrafımızda çoxsaylı şriftlə rastlaşırıq. Oxuduğumuz kitab və jurnallarda, reklam materiallarında, mağazaların üzərində, saytlarda... bir sözlə hər yerdə şriftlər bizi “izləyir”. Şriftlər haqqında gələcək mövzularda çoxlu söhbət açacağıq. Ona görə də məsələnin çox dərinliyinə baş vurmadan  keçək mətləbə: bu dəfəki yazımda bazasında çoxsaylı, müxtəlif formalı şrift olan maraqlı bir sayt haqqında danışmaq istəyirəm.

Tanış olaq – dafont.com

1-dafont-azdizayner.com

Daha bir sadə, praktik əcnəbi sayt. Saytın yuxarı hissəsində şriftlərin maraqlı təsnifatı və bu təsnifata uyğun yarımbölmələr var: bəzəkli, əcnəbi görünüşlü, texno, qotik və s...

2-dafont-azdizayner.com

Bir az sağda saytın axtarış forması və əlifba üzrə şriftlərin bölgüsü yerləşir. Adı məlum olan şrifti tapmaq üçün bu iki forma sizə kömək edəcək.

3-dafont-azdizayner.com

Bir az aşağıda isə son əlavə olunmuş şriftlər və uyğun olaraq onların vizual təsviri, adı, müəllifi və s. göstərilən bölmə yerləşir. Hər şriftin qarşısında onu yükləmək üçün download düyməsi qoyulub.

4-dafont-azdizayner.com

Mən saytın yuxarısındakı siyahıdan sevdiyim şrift qrupu olan “Sans serif” bölümünə daxil oldum.

5-dafont-azdizayner.com

Saytın müəllifləri istifadəçiləri hərtərəfli düşünüblər. Şriftlərin görüntüsü başlayan yerdə, yuxarı sol hissədə “Custom preview” forması qoyulub. Ora axtardığınız şriftlə daxil edəcəyiniz yazını yazıb əyani olaraq necə görünəcəyini müəyyən edə bilərsiniz.

6-dafont-azdizayner.com

Növbəti yazını daxil edənə kimi bu mətn həmin formanın yaddaşında qalacaq. Məsələn, Foreign Look bölümündən ərəb yazısı stilində (Arabic) olan şriftləri açdım. Bu da əyani təsvir:

7-dafont-azdizayner.com

Belə saytların sayı hədsiz çox olsa da praktik və çoxçeşidli olmasına görə dafont.com mənim istifadə etdiyim tək şrift saytıdır. Amma onu da unutmayın ki, dizaynda təcrübəniz artdıqca ordan-burdan şrift yükləmək “hobbiniz” də itib gedəcək. Yaxşı dizaynerə sistemin üzərində yüklənən standart şriftlər də çoxluq edər! ;)

Hələlik...



Dafont.com – çox faydalı şrift yükləmə saytı
 

Şərhlər  

 
#6 Guest 2011-03-20 09:37
məlumata görə çox sağol
Sitat
 
 
#5 admin 2010-06-17 16:22
Çox sağ ol Renat. Növbəti materiallarda belə faydalı font saytlarini kataloq şəklində yerləşdirəcəm...
Sitat
 
 
#4 Guest 2010-06-15 14:09
Bəyəndim saytı, bir sayt da mən bölüşüm sizlərlə, lazım olar bəlkə :) - http://urbanfonts.com
Sitat
 
 
#3 admin 2010-06-01 10:31
Hər ikinizə də təşəkkürlər. Xoşdu ))
Sitat
 
 
#2 Designer.gs 2010-05-31 11:34
Butun Dizayerlere Salamlar. Rizvan qardash bu saytla bizi tanish etdiyin ucun tesekkurumu bildirirem.. cox sag ol...eziyyetine gore
Sitat
 
 
#1 Tural 2010-05-29 20:11
Mənim nazik şriftlərdən xoşum gəlir. Çox əla yaraşıq verir. Bir etirafıda edimki, mən təzəlikcə yaman çox şrift yükləyirdim. heç onların çoxunu belə istifadə etmirəm. indi artıq her şeyi fikirləşib dəqiq etməyə çalışıram. Əziyyət üçün təşəkkürlər Rizvan.
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə