Dizaynerlər üçün "Kerninq oyunu"
Müəllif: Rizvan Bağırlı   
13.10.11 11:35

 

İnternetdə rast gəldiyim maraqlı bir resursu sizinlə paylaşmaq istərdim. http://type.method.ac/ — ünvanına daxil olmaqla "tipoqrafik dəqiqliyinizi" test edə bilərsiniz. Bu oyunda verilmiş sözlərin kerninqini düzəltmək tələb olunur. Qeyd edim ki, kerninq sözün hərfləri arasındakı məsafələrin düzəliş olunmasıdır. Trekinqdən fərqli olaraq kerninqdə bu məsafələr avtomatik verilmir, bir-bir əl ilə düzəldilir. Bu əməliyyat əsasən loqo dizaynı zamanı lazım olur.

Testə başlamaq üçün ilk olaraq "e" hərfini yerinə otuzdurmaq lazımdır.

Sonra simvolları arasında məsafələri pozulmuş sözlər təklif olunacaq. Siz istədiyiniz simvolu seçməklə sağa-sola hərəkət etdirməklə lazımi yerdə saxlayırsınız. "Compare" düyməsini klik etməklə nəticəni görə bilərsiniz. 

Xəta hədsiz çox olduqda qiymət "0" da ola bilər. 

Yüngül xətanın da öz qiyməti var.

İdeala yaxın mövqeni tapdığınız halda qiymət maksimum olacaq.

10 addımdan sonra yekun nəticəni alacaqsınız. Məndə 92 oldu... Bəs sizdə?



Dizaynerlər üçün
 

Şərhlər  

 
#2 Abbasov 2011-12-08 20:31
Roissy sozunu duzeltdim 100% uygun geldi ))
Sitat
 
 
#1 Guest 2011-10-25 15:34
axirki 100% oldum))
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə