| Əziz müsəlmanlar, Ramazan ayınız mübarək! |
| Müəllif: Rizvan Bağırlı |
| 11.08.10 08:19 |
|
Əziz müsəlman bacı və qardaşlarımız, Ramazan ayınız mübarək! Allahdan bu ayda sizlərə bol səbr, bol ibadət və nəticə olaraq qəbul olunmuş gözəl dualar diləyirik. Allah bu ayda tutacağınız Orucu qəbul olunan ibadətlərdən etsin, İnşaAllah! Günün özəlliyini nəzərə alıb bir az dizayndan uzaqlaşaq. Ramazanın bütün gözəlliyini və fəzilətini təsvir edən maraqlı bir hədisi sizlərlə bölüşmək istərdim: “Hz. Salman (r.a.) deyir ki, Rasulullah (s.a.s.) Şaban ayının son günü bizə xitab edərək belə buyurdu: Ey insanlar, üzərinizə böyük və bərəkətli bir ay gəlməkdədir. Onda bir gecə (Qədr gecəsi) vardır ki, min aydan daha xeyirlidir. Allah o ayın orucunu fərz qılmış və gecə ibadətini (təravih namazı) çox dəyərli bir nafilə qılmışdır. Kim bu ayda bir nafilə ilə Allaha yaxınlaşarsa, Ramazanın xaricində bir fərzi yerinə yetirmənin savabını qazanar. Kim də bu ayda bir fərzi yerinə yetirərsə, Ramazanını xaricində yetmiş fərzi yerinə yetirmənin savabını qazanar. Bu ay səbr ayıdır. Səbrin qarşılığı da cənnətdir. Bu ay insanların dərdlərinə şərik olma ayıdır. Bu ay möminin rızqının artırıldığı aydır. Kim bu ayda bir orucluya iftar verərsə, bu, onun bütün günahlarının bağışlanmasına və cəhənnəm atəşindən qurtulmasına səbəb olar. Oruc tutanın savabından bir şey əksildilmədən eyni savab ona da verilər. Səhabeyi-Kiram (r.a.) dedilər ki, yə Rasulullah, amma hamımız orucluya iftar verəcək halda (imkanda) deyilik. Rasulullh s.a.s. buyurdu ki, bu qarın doyurmağa bağlı deyil. Allahu-Təala bu savabı bir xurma ilə, bir udum su və ya süd ilə iftar verənə də lütf edər. Bu elə bir aydır ki , başlanğıcı rəhmət, ortası məğfirət (bağışlanma), sonu isə cəhənnəm atəşindən qurtulmaqdır. Kim bu ayda xidmətçisinin (işçisinin, nökərinin, fəhləsinin və s.) işini yüngülləşdirərsə, Allahu-Təala onu bağışlayıb cəhənnəmdən azad edər. Siz bu ayda dörd şeyi çox etməlisiniz. Onların ikisi ilə Rabbinizi razı edərsiniz, ikisini də etməkdən başqa çarəniz yoxdur. Rabbinizi razı edəcək iki şey – davamlı (çoxlu) lə iləhə illəlah (kəlimeyi-tövhidi) söyləmək və bağışlanma diləməkdir. Etməkdən başqa çarəniz olmayan şey isə Allahdan cənnəti istəməniz və cəhənnəmdən ona sığınmanızdır. Kim bir orucluya su ilə iftar etdirərsə, Allahu-Təala ona qiyamət günü mənim hovuzumdan (Kövsər hovuzundan) elə bir su içirər ki, cənnətə girənə qədər bir daha susamaz.” Mənbə: İbn-i Huzeymə, Beyhaki Oxşar mövzular
|




















Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.