| Saytımızın "Sual-Cavab" bölməsi fəaliyyətə başladı |
| Müəllif: Rizvan Bağırlı |
| 08.10.10 17:09 |
|
Oxucuların istəklərərini nəzərə alıb saytımızda yeni bölməni istifadəyə veririk. Bundan sonra hər bir Qeydiyyatdan keçmiş istifadəçi saytın uyğun bölməsindən Corel Draw, Adobe Photoshop, Dizaynla bağlı istədiyi sualı verib, qısa zamanda ona ətraflı cavab ala biləcək. Adobe İndesign və Illustrator kimi proqramlar saytımızın əhatə dairəsinə daxil olmasa da, bacardıqca bu mövzulara aid sualları da cavabsız qoymayacağıq. Bilikli istifadəçilərimizi isə yeni başlayanlara bu işdə kömək etməyə çağırıram. |



















