| 3D Televizor reklamı üçün foto-kollajın hazırlanması |
| Müəllif: Rizvan Bağırlı |
| 30.11.10 17:09 |
|
Aktual texnologiya olduğundan, indi hər tərəfdə 3D televizorların reklamını görmək mümkündür. Reklamlar üçün ortaq xarakter isə hamısında televizordan obyektin çıxması effektidir. Gəlin bu gün bu işin necə hazırlandığına nəzər salaq. Başlanğıc üçün belə bir televizor
və sudan tullanan pələng şəkli götürdüm.
İki fotonu üst-üstə qoyub analiz etsək görərik ki, lazımi effekt üçün pələngin tullanma istiqaməti düz deyil.
Onu çevirmək üçün Edit-Free Transform (Ctrl-T) edib, mausun sağ düyməsini klik edirik. Flip horizontal əmrini veririk.
Transformasiyanı yox etmədən fotonu ekrana uyğun "əyməyə" davam edək. Bunun üçün Ctrl düyməsini sıxıb saxlayıb, künclərdəki markeri televizorun künclərinə yaxınlaşdırırıq. Sağ tərəfdəki markerləri isə televizordan kənara çıxarırıq. Bu zaman fotonun kənarının həmişə televizorun kənarına paralel olmasına fikir verin. Markerləri lazımi yerə otuzdurandan sonra Enter düyməsini basın.
Layers (F7) pəncərəsində pələng olan qatı tapın. Aşağıda yerləşən Add vector mask düyməsini basıb, qata maska əlavə edin.
Pen Tool (P) alətini götürüb, televizordan kənarda olan hissəni səliqəynən qeyd edin. Amma bundan əvvəl Layers pəncərəsində qatın şəffaflığını 30-35% verin ki, kəsilməli yerlərin sərhədini görə biləsiniz. Təbii ki, pələngin bədənini və suyu kəsim sahəsinə daxil etmirsiniz.
Qeyd edilmiş zona yaxından bu şəkildə görünəcək.
Ctrl+Enter düymələrini basmaqla çəkdiyiniz vektor izini qeydetməyə çevirin. Alt+Backspace düymələrini sıxıb qeyd etdiyiniz zonanı maskalayın. Şəffaflığı yenidən əvvəlki vəziyyətinə, 100%-ə qaytarın. Aşağıdakı şəkildən də göründüyü kimi, qeyd etdiyiniz sahə maskada qara rənglə rənglənəcək.
İndiki mərhələ üçün aşağıdakı nəticə əldə etmiş oluruq. İlk baxışdan normal sayılsa da, çatışmazlıqlar var.
Çünki, kəsim sahəsi çox kəskin görünür. Pələngin dərisindəki, baş hissədəki tükləri olmadığından, su damcılarının arasında qara fon qaldığından çıxıntı təbii görünmür.
Bunun üçün qatın maskasının üstündə klik edib, onu aktivləşdiririk. Xırda ölçülü, 25-30% şəffaflılığı olan Brush Tool alətiylə səliqəynən həmin hissələri maskalayırıq. Bəzən isə X düyməsini basıb, əsas rəng kimi ağ rəngi seçib, silinmiş yerləri bərpa edirik. Bu texnika bəziləriniz üçün çətin ola bilər. Belə olduqda sadəcə qatı Eraser Tool (E) vasitəsilə silmək də olar.
Qata Sharp verməklə effektin kəskinliyini daha da artırırıq. Bu da son nəticə.
Hörmətli azdizayner oxuyucusu, növbəti dərslərdə görüşmək ümidiylə, hələlik... Oxşar mövzular
|


































Şərhlər
Mehdi salam, tanışlığa şad olduq. Nadir hallarda belə maraqlı şərhə rast gəlmək olur. Sənə də sonsuz təşəkkürlər və dərslərində uğurlar!!!
RSS – bu irəlidəki şərhlər üçün.