| Ağ-qara şəkilə rəngli çərçivə – foto-kollaj |
| Müəllif: MotoXito |
| 08.10.10 16:35 |
|
Salamlar. Kiçik fasilədən sonra mən yenə qayıtdım... Bu gün maraqlı bir foto-kollaj etməyə cəhd edəcəyik. Laləri rəngli saxlayıb, yerdə qalan hissəni ağ-qara tonlu edib, gözəl və sadə bir çərçivə ilə bəzəyəcəyik. Gəlin başlayaq. İlk öncə optimal bir şəkil şeçirik. CTRL+J-ə basaraq onu qatı kopyalayırıq.
Sonra kopyaladağımız üst-layeri ağ-qara edirik (Ctrl+U)
Ardınca Eraser tool-u (E) seçərək lazımi parametrləri verərək lalələr olan ərazini silməyə başlayırıq...
Təxminən bu formada...
Alınan nəticədə diqqəti lazımi yerə cəlb etmək üçün şəklin müəyyən hissəsini kəsərək ləvğ edirik. Mən bunun üçün Crop Tool-dan (C) istifadə etdim...
"Ağ-qara" layer-in orta hissəsində müəyyən ərazini çərçivəyə alaraq qeyd edək. CTRL+I düymələrini klik edərək seçimi invert edək. Yəni əksinə orta hissə deyil, kənarlar qeyd olunsun. Birinci qatı aktiv edib seşilmiş ərazini kopyalayıb ayrı qat kimi Paste edək. Sonra bu qatı ən üstə çıxaraq.
Ardınca gəlirik bu layer-in funksiyalarına: zövqünüzə görə aşağıdakı parametrləri seçirik...
Nəticədə belə bir foto-kollaj alınmalıdır:
Sonda Curves (CTRL+M) funksiyası ilə lazimi rəng kombinasiyalarını verərək daha effektli nəticə əldə edirik...
Buyurun bu da yekun görüntü:
Hələlik bu qədər! Hörmətlə, İlkin Haqverdiyev... Oxşar mövzular
|





























Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.