Adobe Photoshop-da ağ-qara fotonun hazırlanmasının 5 əsas yolu
Müəllif: Rizvan Bağırlı   
18.12.10 16:30

Ağ-qara foto hər zaman əksəriyyətin sevib üstünlük verdiyi bir stil olub. Hər necə olsa ilk fotolar məhz rəngsiz olduğundan, bir sıra fotoqraf və dizaynerlər də bu "əcdada" laqeyd qalmırlar. Bəs rəngli fotonu ağ-qara etmək üçün nə etmək lazımdır? Burda çətin bir şey olmasa da, bir sıra metoda nəzər salmaqla zərərli iş görmüş olmarıq.

1. Grayscale

Ən sadə metod. Sadəcə olaraq fotonun rejimini rgb-dən grayscale-ə dəyişmək lazımdır.

Bu da nəticə:

2. Desaturate

Fotoemal zamanı mən əksər hallarda, son mərhələdə şəklin ümumi rəngliliyini azaldırdım. Belədə foto daha real görünür. Eyni əməliyyatı sona kimi etsək, yəni rəngliliyi tam "öldürsək" ağ-qara foto əldə etmiş olarıq.

Menyu-İmage-Adjustments-Hue/Saturation (Ctrl+U)

3. Black and White

Nəzəri cəhətdən ilk ağıla gəlməli olan metod. Çünki proqramın (fotoşopun) istehsalçıları bu rejimi məhz ağ-qara foto əldə etmək üçün nəzərdə tutublar.

Menyu-İmage-Adjustments-Black and White

4. Gradient Map

Əksər hallarda məhz bu metoddan istifadə edirəm.

Menyu-İmage-Adjustments-Gradient Map...

5. Channel Mixer

Bu metodu bir o qədər də geniş istifadə etməsəm də üstünlükləri çoxdur.

Menyu-İmage-Adjustments-Channel Mixer. Preset bölümündə Black and White üçün bir neçə rejim var. Hər rejimdə fərqli ağ-qara foto əldə edə bilərsiniz ki, bu da onun üstünlüyü sayıla bilər.

 

Əslində bu siyahını bir qədər də uzatmaq olar. Mən sadəcə olaraq daha geniş yayılmış metodlara nəzər saldım. 

Gələcək fotoşop dərslərində görüşmək ümidiylə, hələlik...



Adobe Photoshop-da ağ-qara fotonun hazırlanmasının 5 əsas yolu
 

Şərhlər  

 
#7 Guest 2011-04-27 13:04
coooooooooooooo x sagoluuun!
Sitat
 
 
#6 Guest 2011-01-06 18:08
Tesekkur
Sitat
 
 
#5 Rem 2011-01-01 18:49
qəşşşşəng...
Sitat
 
 
#4 Guest 2010-12-27 20:51
coxxxxxxxxxxxxx xxxxxxxxxx coxxxxxxxxxxxxx xxxxxxxxxxxxx superrrrrrrrrr........................
Sitat
 
 
#3 Guest 2010-12-21 00:18
cox sagol Allah razi olsun
Sitat
 
 
#2 MotoXito 2010-12-19 01:16
lazim olur bezen... minnetdaram
Sitat
 
 
#1 Guest 2010-12-18 22:50
teshekkur!
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə