Adobe Photoshop-da rəng korreksiyaları zamanı damcısalan (pipetka))) funksiyasından istifadə qaydaları
Müəllif: Rizvan Bağırlı   
29.03.11 10:35

Salam azdizayner oxucuları. Bir daha keçmiş bayramınız mübarək. Bayram fasiləsindən sonra saytımızın fəaliyyətini davam etdirək. Bu dəfə fotoşop-da Curves vasitəsilə rəng korreksiyasında faydalı ola biləcək bir funksiya ilə tanış olaq. Funksiyanın nədən ibarət olduğunu bilmək üçün, materialın ardını oxuyun.

İş üçün belə bir maraqlı foto seçdim. Gördüyünüz kimi foto rəng, işıqlanma baxımından ideal vəziyyətdə deyil. Buna görə Curves (Ctrl+M) funksiyası vasitəsilə mövcud problemi aradan qaldıraq. 

2

Curves (Ctrl+M) pəncərəsini açırıq.

2

Diqqətlə baxsanız, pəncərənin aşağı hissəsində üç damcısalan (pipetka))) var - Tünd, orta və açıq tonlar üçün.

3

İlk olaraq açıq damcısalanı aktiv edib, fotonun ağ rən olmalı hissəsində klik edirik. İndiki halda bu fotonun fon hissəsi olacaq.  

4

Klik etdikdən sonra, pəncərədə diaqramın dəyişikliyini görəcəksiniz. Diaqram avtomatik olaraq, lazımi formanı alacaq. 

5

Paralel olaraq, fotoda da lazımi, ilkin dəyişiklik baş verəcək.

6

Eyni əməliyyatı bu dəfə tünd tonlar üçün istifadə edək.

7

Nəhayət, orta tonlu yerlər üçün də əməliyyatı təkrar edib, işi tamamlaya bilərik.

8

Bu əməıiyyatlardan sonra, Curves pəncərəsində diaqram aşağıdakı şəkli alacaq.

9

Hər bir ton üçün yer seçərkən, optimal sahədə tıklamağa çalışın. Nəticə çox bərbad olarsa, əməliyyatı geri qaytarıb (Ctrl+Z), yenidən digər sahələrdə də nəticəni yoxlayın. Foto qənaətbəxş olduqda işi yekunlaşdırın. Bir sözlə bu işdə, mütləq bir qayda yoxdur. Sadəcə haranın, qara (tünd tonlar üçün), boz (orta tonlar üçün) və ağ (açıq tonlar üçün) olduğunu bilmək, daha doğrusu gözlə müəyyən etmək lazımdır.

Bu da yekun nəticəmiz )))...

10

Təşəkkürlər! Hələlik... )))



Adobe Photoshop-da rəng korreksiyaları zamanı damcısalan (pipetka))) funksiyasından istifadə qaydaları
 

Şərhlər  

 
#4 admin 2011-05-10 15:16
Bunu da ozume qeyd etdim ))) tezlikle bu barede material hazirlayaram.
Sitat
 
 
#3 Guest 2011-05-06 14:34
cox maraqlidir oyrenirem ancaq sekilin eksi meselen denize dusmesini oyrederdiz
Sitat
 
 
#2 Guest 2011-04-26 19:24
Sagolasiz
Sitat
 
 
#1 Guest 2011-03-31 22:16
Təşəkkür!
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə