Adobe Photoshop-da rəng korreksiyası dərsi – Color Balance
Müəllif: Rizvan Bağırlı   
23.06.10 16:37
Dizayn üçün problemli fotoların rəng korreksiyası mövzusunu davam etdirək. Daha öncəki dərslərdə levels (2-ci hissə), curves kimi funksiyalarla lazımi nəticələr əldə etmişdik. Bu dəfə eyni şeyi Color Balance vasitəsilə almağa çalışaq.

 

Bunun üçün rəngi bir o qədər də yaxşı olmayan foto seçdim.

1

Menyu – İmage – Adjustments – Color Balance. (Ctrl+B)

2

Bu da rəng korreksiyası üçün sanballı alətlərdən olan rəng balansı pəncərəsi.

3

Pəncərə əsasən iki hissədən təşkil olunub. Birinci rəngləri tənzimləyən şkala. Burada rənglərin göstəricisini rəqəm formasında daxil etmək və ya sadəcə ox işarəsini sağa-sola hərəkət etdirməklə istənilən nəticəni almaq olar. Şkalanın sol tərəfində CMY (cyan, magenta, yellow) rəng sisteminin əsas rəngləri, sağda isə onları tamamlayan RGB (red, green, blue) rənglər yerləşir.

İkinci hissədə isə açıq, orta və tünd tonları seçmək üçün düymələr mövcuddur. Açıq tonu seçib şkalanı dəyişdikdə məhz bu tonun rənglərinin balansında düzəlişlər olacaq və s.

Seçdiyim fotonun rənglərinə diqqətlə baxsaq görərik ki, qırmızı və sarı rənglər çoxluq təşkil edir. Color Balance-la işləyərkən əsasən orta tonların rəng korreksiyası bizə kömək edəcək. Tünd və açıq tonlarla əməliyyatı bir az ehtiyyatla aparmaq lazımdır. Şəkildəki sarı-qırmızı rənglərdən qurtulmaq üçün şkalada red (qırmızı), yellow (sarı), magenta (tünd çəhrayı) olan yerləri əks tərəfə çoxaltdım.

4

Tünd tonları (kölgələri) şəkildə gördüyünüz kimi azca redaktə etdim.

5

Açıq tonlara (işığa) da azca mavi çalar qatdım.

6

Nəticə artıq bizi sevindirməyə başlayır )). Amma fotonun ümumi rəngi hələ də çoxdur. Bunun üçün köhnə dərslərdən bizə məlum olan Hue/Saturation vasitəsilə rəngi solduraq.

7

Yekun olaraq ilk və son fotonu müqayisə edək.

8

Məncə az əməliyyatla bir o qədər də pis olmayan nəticə əldə etdik.

Color Balance-la işləmək digərlərinə nisbətən çətindir. Onun çətinliyi ordadır ki, şəkildəki rənglərin balansında olan problemi, yəni hansı rəngin çox olduğunu, hansının çatışmadığına bir az intuisiya (əslində təcrübə ;)) əsasında qərar vermək lazım gəlir.

Bunun üçünsə azacıq təcrübə və bir o qədər də səbr tələb olunur. Sizə bol səbr və dizayn tərcübəsi arzusuyla, hələlik...



Adobe Photoshop-da rəng korreksiyası dərsi – Color Balance
 

Şərhlər  

 
#2 Guest 2010-08-24 15:54
superdi
Sitat
 
 
#1 Guest 2010-07-07 16:46
Cox sag olun
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə