Adobe Photoshop-da şəffaf mətnli fonun hazırlanması
Müəllif: Rizvan Bağırlı   
01.02.11 15:22

 

Saytımızın Sual-Cavab bölümündə istifadəçilərdən biri, bu gün haqqında söz açacağımız sadə effektin necə əldə olunması haqqında soruşmuşdu. Həmin vaxt suala cavab verilsə də, hər kəsə aydın olsun deyə bu effektin alınması ilə sizi də tanış edirəm. Bu metodla siz veb-səhifələrə foto hazırlayarkən ona mətn də əlavə edə bilərsiniz.

Dərs üçün aşağıdakı fotonu seçdim. 

Layers (F7) pəncərəsində yeni qat yaradıb, alətlər panelindən Elliptical Marquee Tool (M) alətini aktiv edək.

Yeni qatda bu alətlə oval çəkib qara rənglə (və ya istədiyiniz digər rənglə) boyayaq.

Lazım olan yazını əlavə edək.

Artıq bilirik ki, mətn avtomatik olaraq qatlar pəncərəsində yeni qat əmələ gətirir. Ctrl düyməsini sıxıb saxlamaqla həmin qatın üzərində tıklayaq. Belədə yazı qeyd olunmuş olacaq (ətrafı ştrixli, hərəkətli xətlərlə əhatələnəcək).

Bu qatın qarşısındakı göz işarəsini basmaqla qatın görüntüsünü yox edək.

Sadəcə olaraq qeydolunma qalacaq. Yazı isə yoxa cıxacaq.

Qara oval çəkilmiş  qatı aktiv edib delete düyməsini basaq. Belə olduqda qeydolunmaya müvafiq hissə silinəcək.

Ovalın şəffavlıq faizini azaldıb (62%) rejimi Multiply edək.

Ovalın yerini müəyyənləşdirib son nəticəyə nəzər salaq.

Bu günlük də bu qədər. Hələlik...



Adobe Photoshop-da şəffaf mətnli fonun hazırlanması
 

Şərhlər  

 
#9 Melek.... 2012-01-08 12:15
Ctrl tutub sixmagi basa dusmurem men eliyirem alinmir:(:(
Sitat
 
 
#8 admin 2011-02-09 15:35
Salam Sabina xanim.
tesekkurler...

suala geldikde kifayet qeder genis movzuya toxundunuz.
bunun ucun konkret qayda yoxdur, daha doghrusu coxsayli qaydalar movcuddur ki emel edib kolgesiz shekil almaq olar. yene de tekrar edim burda yazmaqla biten movzu deyil. onu deye bilerem ki esas nuans ishiqlandirmani n noral olmasidir. yeni tebii ishiq, vspishkanin ishiginin gucu, obyektden olan mesafe, arxa fon, arxa fonun obyektden mesafesi, ishiqlandirma menbeleri... yaxsi netice bunlarin hamisindan asilidir. tebii ki fotoaparatin ve vspishkanin modeli ve keyfiyyeti, obyektvi ve diger parametrleri de yada salsaq gorduyunuz kimi konkret izah etmeye bir shey qalmir ))
Sitat
 
 
#7 Guest 2011-02-09 11:12
Salam..
maragli və faydalı blogunuz-melumatlarınız var
Əla!!
Uğurlar!
mənə 1 məsləhət verinçzəhmət olmazsa.
Fotoaparatla şəkil çəkərkən kölgə alınmasın deye hansı qaydaları bilmək-əməl etmək lazımdır??
Əvvəlcədən təşəkkür
Sitat
 
 
#6 mursal92 2011-02-05 18:26
cox maraqlı
Sitat
 
 
#5 Guest 2011-02-04 20:54
Teshekkur!
Sitat
 
 
#4 admin 2011-02-04 15:04
Size de tesekkurler )))
Tural mence coxlarinin bu saytda axtardigi materiali teqdim etdin :)
Sitat
 
 
#3 Guest 2011-02-02 19:24
chox gozel izah olunub cox sag olun
Sitat
 
 
#2 Guest 2011-02-01 23:22
http://www.facebook.com/pages/3ds-max-v-vray-drs-seti/183783464989173#!/pages/3ds-max-v-vray-drs-seti/183783464989173?v=wall
Sitat
 
 
#1 Guest 2011-02-01 21:31
super. tewekkurler...
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə