| Adobe Photoshop vasitəsilə sepia fotonun hazırlanma qaydası |
| Müəllif: Rizvan Bağırlı |
| 24.02.11 11:01 |
|
Fotoqrafların sevimli stili olan sepia fotosunu Adobe Photoshop vasitəsilə əldə etməyə çalışaq. Bunun üçün bizə adi rəngli foto və bir neçə sadə fotoşop funksiyası lazım olacaq. Gəlin prosesi birgə izləyək. Gördüyünüz bu fotodan sepia foto almağa çalışaq.
İlk olaraq fotodakı kontrastı artıraq. Bunun üçün Curves (Ctrl+M) pəncərəsini açıb, şkala üzərindəki xətti keçmiş dərslərdən bizə tanış ola "S-şəkilli" formaya salırıq. Belə olduqda fotonun kontrastı artmış olacaq.
Layers pəncərəsində bizə tanış olan metodla yeni korreksiyaedici Black&White qatı yaradırıq.
Bu da haqqında danışdığımız ağ-qara foto.
İndi isə adi ağ-qara foto deyil, sepia foto əldə etməyə çalışaq. Bunun üçün aşağıda gördüyünüz Black and White pəncərəsində Tint parametrini aktiv edirik.
Hue bölümündən rəng tonunu, Saturation bölümündən isə rəngin tündlüyünü müəyyənləşdirək. Sepia foto açıq-sarı/açıq qəhvəyi olduğundan Hue bölümündə heç bir dəyişiklik etmirik.
Son olaraq fotoya Sharp verməyi unutmayın.
Bu günlük də bu qədər. Hələlik... Oxşar mövzular
|



Nəticədə belə bir pəncərə açılacaq. Lazım olduqda müəyyən tənzimləmələr aparmaqla ağ-qara foto almış oluruq.






















Şərhlər
yaxsi ki vaxtinda xeberdar etdin. Bele oghrulara qarsi biz de oz tedbirimizi gorerik...
http://big.az/index.php?name=News&new_topic=37
1-2 faiz hallarda tercumeler olur, o da saytin ilkin dovrunde bash verib hazirda olan derslerin tesvir ve metn hissesi hamisi menim terefimden hazirlanir.
Dogurdan? hec teeccublenmedim ))) bilmek olar hansi saytlardi?
Bundan sonra shekillerin ustunu dolduraram azdizayner-in simvollariyla gorek ondan sonra nece ogurlayacaqlar? ))
RSS – bu irəlidəki şərhlər üçün.