AKVIS filtrləri vasitəsilə köhnə fotonun bərpası və rənglənməsi
Müəllif: MotoXito   
16.09.10 11:53

 

Salamlar bu gün biz photoshop-un, daha doğrusu onun filtrlərinin çox gözəl məharətlərindən biri olan olan, köhnə şəklin restavrasiyası və onun rənglənməsini öyrənəcəyik. Gəlin valideyinlərimizi sevindirək, evliliklərinin il dönümü üçün onlara gözəl bir hədiyyə edək )))).

Qeyd: bu əməliyyatlar üçün AKVİS-in RetoucherColoriage filterləri lazım olacaq. İnternetdən axtarıb rahatlıqla yükləyə bilərsiniz.

Mən internetdən tapdığım köhnə bir şəkil üzərində əməliyyata başlayıram.

1

Gördüyünüz kimi şəkil xeyli zədələnib. İlk öncə dağılmış əraziləri select (qeyd) edirik. Bunun üçün mən alətlər panelinin aşağı hissəsində yerləşən Quick Mask düyməsini basaraq eyniadlı rejimə keçdim (Quick Mask – cəld maskalama). Sanra Brush tool (B) alətin seçib lazımı yerləri fırçaladım. Qeyd olunası ərazilər şəffaf qırmızı rəngə boyanır. İşimi başa çatdırdım və sonra Q düyməsini basaraq Quick Mask rejimindən çıxıram. Bu qayda ilə rənglədiyim əraziləri seçmiş oldum.

2

Ardınca Filter-lərdə AKVİS-ə məxsus Retoucher filterin seçirik.

3

Açılan pəncərədə play düyməsinə basaraq. Bu filtrin nələrə qadir olduğunun şahidi olun.

4

Alınmış nəticəni daha da təkmilləşdirmək üçün Patch tool (J), Spot healing brush (J)-dan istifadə edə bilərsiniz. Ardınca lazımı ərazidə işləmək üçün Crop tool (C)-dan istifadə edə bilərsiniz.

5

Təxminən nəticə bu formada olmalıdır. Gördüyünüz kimi şəkildə olan zədələr aradan qaldırılmışdır...

6

İndi isə bu şəkli rəngləməyin vaxtıdır. Əməliyyatı daha rahat aparmaq üçün onu ağ-qara edirik (SHİFT+CTRL+U) və ardınca curves ilə (CTRL+M) cizgiləri dəqiqləşdiririk...

7

Yenidən gəlirik filter bölümünə və bu dəfə AKVİS-in Coloriage filtrini seçərək əməliyyata başlayırıq. Sağda lazimi olan rəng kombinasiyaları mövcuddur: Saç, dəri, göz, dodaq, parça, daş və s. Lazım olanları seçib, sadəcə olaraq adi şəkil kimi rəngləməyə başlayırsınız. Ardınca play düyməsinə basırsınız...

8

Gördüyünüz kimi cəmi bir rəng seçdiyimə görə bütün şəkil ona uyğun rəngləndi.

9

Deməli nə etməliyik? Davam etməliyik )))) Yuxarıda əvvəl (before- до) düyməsinə basıb əvvələ qayıdırıq və rəngləməyə yenidən davam edirik.

10

Ardınca yenidən play düyməsinə basırıq. Əgər nəticə sizi qane edirsə, “tətbiqetmə” (применить) işarəsinə basaraq nəticəni götürük.

11

Nəticə zənnimcə zövq oxşayandır. Bir az Curves (CTRL+M), Hue/Saturation (CTRL+U) və Levels (CTRL+L) vasitəsilə rəng korreksiyası veririk. Şəkil müqayisəyə hazırdır.

12

Rənglənməyə dair misal üçün daha bir nümunə: Meg Ryan...

Meg-Ryan-Colored-by-motoxito

 

Hörmətlə İlkin HAQVERDİYEV



AKVIS filtrləri vasitəsilə köhnə fotonun bərpası və rənglənməsi
 

Şərhlər  

 
#9 MotoXito 2010-12-12 13:36
deymez hemishe shadig :)
Sitat
 
 
#8 Guest 2010-10-28 00:35
Cox Sagol MotoXito Sene Tesekkurler.
Sitat
 
 
#7 MotoXito 2010-10-26 22:49
basirsan programa yeni yuklediyin filtere ozu avtomatik install olur restar verirsen kompa vot i vse :) alinmalidir... alinmasa ikinci daha effektiv variant oz photoshopuna girirsen ve filter papkasin tapirsan yuklediyin filterleri oraya kopyalayib onlara basirsan sonra ise kompa restar verirsen :))) mence alinacag bir defe de dene...
Sitat
 
 
#6 Guest 2010-10-26 21:37
Retoucher və Coloriage effektlerini yuklemisem.ama bilmirem fotoshopa nece elave edim onu Filtr menyusuna?bu barede anlayisi olan varsa yazsin xais edirem.
Sitat
 
 
#5 MotoXito 2010-09-16 23:42
AAAA illap yadimdan chixmishdi eee :D :D :D Rizi utanmirsan dersliyi men MotoXito hazirlayib muellif ise ozunu nallamisan ora :D :D :D
Sitat
 
 
#4 MotoXito 2010-09-16 22:09
Mehman,Emil minnetdaram :))) Tamam Rizvana deyek gorek meslehet bilse hazirlayaraig blur barede,,,amma emil sen burdaki dersliklere fikir versen vaxt ashiri blur barede melumatlar yerleshir...
Sitat
 
 
#3 Guest 2010-09-16 16:45
yaxshi derslikdir.. umidvaram ki ishime yarayar.. meullife teshekkur.. he bir de ki mumkunse Blur haqqind ve yazi effektleri haqqinda da derslik yerleshdirin
Sitat
 
 
#2 Guest 2010-09-16 16:41
Teshekkurler!
Sitat
 
 
#1 MotoXito 2010-09-16 15:42
xoshuma geldi be Meg Ryan ona aid sabah birigune bir dene de derslik hazirlayacam :))))
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə