Adobe Photoshop-un rəng keçidləri ilə tanışlıq
Müəllif: Rizvan Bağırlı   
07.05.10 21:12

psd gradientCorel Draw proqramının gradientlərinin necə işlədiyi ilə tanış olmuşduq. Balansı pozmamaq üçün bu dəfə Fotoşopda rəng keçidlərinin (qradientlərin) hansı metodla çəkilib, redaktə olunmasını öyrənək. Corel Draw dərsində qradientlərə müəyyən mənada ətraflı nəzər salmışdıq. İstənilən qrafik proqramda rəng keçidləri ümumi prinsiplə işlədiyinə görə, bu dəfə bəzi funksiyaların üzərində çox durmayacam.

 
Dizayn və foto-montajda kölgənin ümumi prinsipləri
Müəllif: Nigar   
04.05.10 21:35

Dizaynda kölgəAxşamınız xeyir hörmətli sayt istifadəçiləri. Dizayn işləri üçün foto-kollaj hazırlayarkən işıqdan, işıqlanmadan düzgün necə istifadə etmək lazım olduğunu öyrəndik. Rus dizayneri Piroqovun bu mövzuda yazdığı silsilə məqalələrdən ikincisi ilə tanış olmaq zamanı gəldi. Ardıcıllığı pozmadan bu dəfə də "Kölgə" mövzusunun tərcüməsini yerləşdirdim. "İşıq düşdü, kölgə yarandı..." ))

 
Fotoda işıqlanma korreksiyası – Levels (1. Hissə)
Müəllif: Rizvan Bağırlı   
29.04.10 15:52

Levels - işıqlanma korreksiyasıRus dizaynerləri arasında belə bir məsəl var – “ФОТО без ШОПа не бывает!” )) Sevirəm bu ifadəni. Yəqin ki, Photoshop üçün uydurulmuş ən mükəmməl reklam elanıdır. Bu doğurdanmı belədir, ya çox şişirdilmiş ifadədir? Məncə 99% hal üçün doğrudur. Fotoqraflar məndən inciməsin. Bilirəm bəziləri fotoları redaktə etmədən çəkməyi xoşlayır və bunu yaxşı da bacarır. Amma istisnaları yuxarıdakı 1%-in içinə qatdım ;).

 
Dizayn və foto-montaj işində işıq faktoru
Müəllif: Nigar   
28.04.10 16:59

prevDizayn işlərimizə uyğun, hazır foto klip-art tapmadıqda bir neçə şəkildən montaj (kollaj) etməli oluruq. Lakin əksər hallarda montaj ifrat həvəskar formada reallaşdırılır. Çünki fotoların bir-birinə uyuşması nəzərə alınmır, işıqlanma, rəng balansı, kölgə kimi vacib elementlər emal olunmur və s. Bu kimi problemləri necə aradan qaldırmaq lazım olduğunu bir neçə dərsdə öyrənməyə çalışaq. İlk öncə sıfırdan dərslər yazmaq istədim.

 
Adobe Photoshop CS5 – yeniliklər, sürprizlər və "möcüzələr"
Müəllif: Rizvan Bağırlı   
27.04.10 21:23

photoshop-cs5Adobe kompaniyası hər zaman olduğu kimi Photoshop istifadəçilərini sevindirməkdə davam edir. 20 illik təcrübələrinin möhtəşəm nəticəsini tezliklə bazara çıxarmağa hazırlaşan Adobe bu dəfəki fotoşopda, Photoshop CS5-də inanılmaz yenilikər ediblər. Yeniliklərlə tanış olduqdan sonra siz də bu insanların işlərinə necə professional yanaşdıqlarının şahidi olacaqsınız.

 
Adobe Photoshop – Qatlarla iş (Layers) 2-ci hissə
Müəllif: Rizvan Bağırlı   
20.03.10 00:16

qatlar2Fotoşop proqramında qatlarla (layers) tanışlıq mövzusunu davam etdirək. Birinci dərsdə qeyd etmişdim ki, qatlar Adobe Photoshop proqramının əsas funksional tərəfidir və buna görə də bu mövzunu bir neçə dəfəyə işləməyi qərara aldım. Keçən dəfə qatlarla ümumi əməliyyatların necə aparıldığını öyrəndik. Bu dəfəki dərsdə, daha praktik mövzu olan Layer Style (Qat stili) ilə tanış olaq. İlk öncə yeni sənəd yaradıb (Ctrl+N) istənilən bir mətn daxil edək.

 
Adobe Photoshop – Qatlarla iş (Layers) 1-ci hissə
Müəllif: Rizvan Bağırlı   
20.03.10 00:14

qatlar 1-ci hissə

Dərslərimizə davam edək. Bu dəfə Photoshop proqramında qatlarnan (layers) işləməyin prinsiplərini öyrənəcəyik. Qatlar mövzusu kifayət qədər geniş olduğundan sizi yormamaq üçün bu mövzunu bir neçə dərsdə izah edəcəm.

 
Adobe Photoshop-da yeni sənədin yaradılması
Müəllif: Rizvan Bağırlı   
20.03.10 00:13

Fotoşopda yeni sənədHər bir proqramda işə başlamaq və ya sadəcə tanış olmaq yeni sənədin yaradılmasından başlayır. Hətta yeni sənəd yaradılmadan proqramın əksər funksiyaları aktiv olmur. Fotoşopda yeni, boş sənədin yaradılması digər proqramlardan qeyri-adiliyi ilə fərqlənməsə də bu prosesi ətraflı öyrənməyə cəhd edək.

 
Photoshop – menyu, alətlər, pəncərələr...
Müəllif: Rizvan Bağırlı   
20.03.10 00:11

Adobe PhotoshopTədricən proqramlarımızla tanış olmağın vaxtı çatdı. İlk olaraq qrafik proqramların içərisində, obrazlı desək, ən hörmət etdiyim olanından – Adobe Photoshop-dan başlayaq.

İlk olaraq onu qeyd edim ki, proqramın azəricə düzgün deyiliş qaydası "adob fotoşop"-dur. Proqramın adının qəribə şəkildə ifadəsini çox eşitdiyim üçün mövzuya ilk olaraq bu düzəlişlə başladım )).

 
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 Növbəti > Axırıncı >>