| Clipping Mask. Photoshop-da maskalarla iş — 3.cü hissə |
| Müəllif: Rizvan Bağırlı |
| 05.01.12 11:32 |
|
Photoshop-da maskalarla iş mövzusunu davam etdirək. Bu dəfə digərlərindən faydalılığı ilə heç də fərqlənməyən, hətta əksər hallarda daha faydalı olan Clipping Mask haqqında danışacağam. Photoshop-da maskalarla iş — 1.ci hissə Quick Mask. Photoshop-da maskalarla iş — 2.ci hissə Adi boş qatda müəyyən bir mətn kompozisiyası hazırladım. Bu mətnin quruluşu, nədən ibarət olması, şrifti hazırda bir o qədər də vacib deyil. İstənilən obyekt də ola bilərdi.
Maskalama üçün maraqlı, dinamik bir fon seçdim. Bu fonu mətn yerləşən sənədə köçürdək. Bunun üçün sadəcə fon olaraq seçilmiş şəkli tutub, mətn olan sənədin üzərində buraxmaq lazımdır. Layers (F7) pəncərəsində fon qatının mətn qatından daha üstdə olması lazımdır.
Sonra fon qatının üzərində mausun sağ düyməsini klik edib, menyudan Create Clipping Mask əmrini veririk. Əməliyyatın nəticəsində fon yazı ilə maskalanmış olacaq.
Hər dəfə menyuya müraciət etməmək üçün, sadəcə olaraq ALT düyməsini saxlamaqla mausun kursorunu Layers pəncərəsində iki qatın arasına yaxınlaşdırın. Bu zaman kursorun formasının dəyişdiyini görəcəksiniz. Klik edib maskalama əməliyyatını başa çatdıra bilərsiniz.
Nəticə daha maraqlı görünsün deyə Photoshop-da işimizi davam etdirək. Ümumi fonu ağ rəngin yerinə tünd rənglə əvəz edək. Fon rəsmi seçdiyimiz yaşıl tonlu qatı bir az da dinamik formaya salaq. Həmin qatı qeyd edib, Hue/Saturation (Ctrl+U) funksiyasına müraciət edək.
Müəyyən tənzimləmələr edib, nəticəyə nəzər salaq.
Mətn obyektini müəyyən qədər çevirib (Ctrl+T — Free Transform), yerini dəyişməklə ümumi nəticəni daha maraqlı etdim.
Clipping Mask əməmliyyatının geriyə, əvvəlki vəziyyətə qayıtma prosesi də çox sadədir. Təkrarən kontekst menyuya müraciət edib, Relase Clipping Mask əmrini verin. Və ya ALT düyməsini saxlamaqla iki qatın arasında klik edin.
Mətn obyekti kimi, seçdiyimiz fon rəsmi də maska ola bilər. Bunun üçün mətn yerləşən qatı əvvəlkindən fərqli olaraq Layers pəncərəsində daha üstdə yerləşdirin. Təkrar Clipping Mask nəticəsində mətnin bir hissəsi şəklin sərhəddləri daxilində maskalanacaq.
Maska mövzusunu İnşaAllah bir-iki mövzuya sona çatdıracağıq. Bu günlük isə bu qədər. Hələlik... Oxşar mövzular
|





























Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.