| Draqan effekti |
| Müəllif: Rizvan Bağırlı |
| 12.09.11 14:38 |
|
İxtisasca fizik olan Andrjey Draqan fotoqrafiya dünyasında ən məşhur isimlərdən biridir. 1978-ci ildə doğulan Draqan 2003-cü ilə kimi fizik kimi fəaliyyət göstərsə də, sonradan fotoqrafiya onu özünə cəlb edir və qısa zamanda fotoqraf kimi populyarlaşmağa başlayır. Polşalı fotoqrafa özünəməxsus foto-emal üsulları məşhurluq qazanmışdır. Draqan effekti adlanan bu emal metodunu bu günkü yazıda, adi, emal olunmamış fotonun üzərində göstərəcəm. Məşhur sxc.hu saytından belə bir portret yüklədim.
Layers (F7) pəncərəsində Background qatının dublikatını çıxartdım (Ctrl+J). Qatın rejimini Normal-dan Multiply-a dəyişdim.
Fotonun orta hissəsini ehmalca maskalayıb, kənarları saxladım.
Gördüyünüz kimi tündlük ancaq fotonun kənarlarında qaldı.
Qatları birləşdirib (Ctrl+E), Levels (Ctrl+L) vasitəsilə fotonun kontrastını bir az artırdım.
Menyudan İmage-Adjustments-Variations bölümünə daxil oldum.
Əvvəl More Yellow, ardınca da Darker əmrini verdim.
Beləcə foto sarı ton alır və bir az da tündləşir.
Hue/Saturation (Ctrl+U) vasitəsilə rəngliliyi azaltdım.
Curves (Ctrl+M) vasitəsilə kontrastı bir az da kəskinləşdirdim.
Hal-hazırki nəticə belə görünür.
Fotonun kəskinliyini, emosionallığını bir az da artıraq.
Yuxarıdan da gördüyünüz kimi əvvəl Levels vasitəsilə açıq tonlu yerlərin işıqlılığını artırdım,
sonra isə Burn Tool alətini aktivləşdirib,
aşağıda gördüyünüz parametrləri verib,
fotonun tünd yerləinin üzərində ehtiyyatla gəzdirməklə kontrastı kəskinləşdirdim.
Bizə tanış olan metodla fotoya kəskinlik verək.
Materialın əvvəlində unudub, qeyd etmədim, amma əvvəllər bunu dəfələrlə demişəm ki, fotonu emal edərkən Background qatının dublikatını çıxarıb, onun üzərində işləyin. Yəni orijinal qat ehtiyyatda qalsın ki, lazım olduqda o qata müraciət edə bilək. İndi həmin qatdan gözləri qeyd edib kopyalayaq (Ctrl+C).
Layers (F7) pəncərəsində ən yuxarı hissəyə qoyaq (Ctrl+V).
Fotoda uyğunsuzluq olmasın deyə Color Balance və ya digər metodla gözlərə də sarı ton verək və rəngliliyi azaldaq, kənar hissələri ehtiyyatla silək. Ardınca kontrastını artıraq.
Sonda Hue/Saturation vasitəsilə rəngliliyi bir az da zəiflədib, yekun nəticəyə baxaq... Məncə pis foto alınmayıb?! )))
Fotonun ağ-qara versiyası da maraqlı görünür...
İş prosesinin nəticəsini daha yaxşı anlamaq üçün, əvvəlki və sonrakı fotoları müqayisə etmək kifayətdir.
Bu günlük də, bu qədər... Oxşar mövzular
|










































Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.