| Formula 1 üçün sadə poster dizaynı |
| Müəllif: Rizvan Bağırlı |
| 16.10.10 13:14 |
|
Bundan öncəki Photoshop dərsində adi bir fotonu belə bir dinamik hala gətirdik. İndi isə bu fotonun üzərində kiçik texniki əməliyyatlar aparmaqla hazır bir dizayn əldə edək.
Hazır faylın Layers pəncərəsi bu şəkildə görünür.
İlk öncə bu qatları bir qat kimi birləşdirək. Pəncərənin yuxarı sağ küncündə olan kiçik qara üçbucaqlı işarəni vurmaqla belə bir menyu aça bilərik. Menyudan Flatten Image əmrini verək.
Foto bir az bulanıq görünür. Bunu aradan qaldırmaq üçün Kəskinlik effekti vermək tələb olunur.
Sharp parametrlərini aşağıdakı kimi verdim.
Dizayn elementlərini fotonun aşağı hissəsinə əlavə edəcəm. Bunun üçün o hissədə boşluq yaratmaq, daha doğrusu boş zona açmaq lazımdır. Menyu-Image-Canvas Size əmrini verək. Amma ilk öncə Layers pəncərəsindəki qatımızdan kilit işarəsini yığışdırın. Bunun üçün qatın üzərində iki dəfə klik edib, açılan pəncərədə OK düyməsini basın.
Genişlənmə istiqamətini göstərən oxları aşağıdakı şəkildə təyin edin. Bizə hündürlüyü artırmaq lazım olduğundan Height parametrinə müvafiq ölçünü daxil edin.
Əgər deyilən işləri düzgün icra etsəniz belə bir mənzərə alınar.
Şəkildən gördüyünüz kimi yeni qat yaradıb, qırmızı rənglə rəngləyin. Qırmızı rəngi nə üçün seçdiyimi bilmək üçün saytda dərc olunan Dizaynda münasib rəngin seçilməsi məqaləsini oxumağı tövsiyyə edərdim.
"Maşın" qatını aktiv edib, Layers pəncərəsinin aşağı sol hissəsində yerləşən düzbucaqlı şəklində Add Layer Mask düyməsini basın. Qatın kiçik görüntüsünün yanında belə bir ağ maska əmələ gələcək.
Gradient Tool (G) vasitəsilə şəkildə gördüyünüz kimi fotonun aşağı hissəsində ağ-qara rəng keçidi çəkin.
Maskada qara olan yerlər silinir, gizlənir, ağ hissələr isə olduğu kimi qalır.
Belədə fotodan fona tədrici keçid əmələ gəldi. Fonun üzərində əlimizdə olan məlumatı və ya digər dizayn elementlərini səliqəli yerləşdirməklə hazır dizayn əldə etmiş olarıq.
Bu da eyni dizaynın ağ fonlu versiyası:
Bu günlük də bu qədər. Sizə xoş həftəsonu arzusu ilə, hələlik...
Oxşar mövzular
|

































Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.