| Foto-kollaj — "Azadlıq abidəsi Parisdə" |
| Müəllif: Rizvan Bağırlı |
| 23.11.11 12:01 |
|
Bu günkü materialda sadə, kreativ foto-kollajın hazırlanmasının hansı mərhələlərdə həyata keçirildiyi ilə tanış olaq. Ümumiyyətlə kollaj üçün bir neçə əsas mərhələləni qeyd etmək vacibdir — ilk olaraq ideya olmalıdır. İdeya olmadan işə başlamağa dəyməz. Sonra ideya üçün tələb olunan fotoları tapıb, lazımi formada kəsib, təmizləyirik. İlkin kollajı hazırlaylb, detallarla işləyib, sonda rəng korreksiyası ilə işi tamamlayırıq. Başlanğıc üçün aşağıdakı, yüksəkkeyfiyyətli fotonu seçdim.
Eyfel qülləsinin mənə lazım olan hissəsini saxlayıb, qalan hissəni səliqə ilə sildim.
Foto-kollajın digər hissəsini Nyu-Yorkun simvolu olan "Azadlıq abidəsi" təşkil edəcək.
Eyni qaydada bu fotonu da lazımi şəkildə fondan ayırdım.
Bu addımlardan sonra "Azadlıq abidəsini" Eyfel qülləsinə montaj etmək çətin olmayacaq.
Kollajı daha dinamik etmək üçün bizə maraqlı arxa fon lazım olacaq. Aşağıdakı foto məni qane etdi.
Bu fotonu kollajın arxa hissəsinə yerləşdirdikdən sonra aşağıdakı görüntü alınacaq.
Montaj ilk baxışdan normal görünsə də, detallarda uyğunsuzluqlar hələ çoxdur.
Ona görə də mən heykəlin qülləyə oturan hissəsini tamamilə silib, aşağıdakı kimi yenidən çəkdim. P.S. Üçbucaq kənarlar təbii görünmədiyindən sonradan onları trapesiya forması ilə əvəz etdim.
Həcm vermək üçün sərhəddləri nisbətən tündləşdirdim (Burn Tool (O)).
Kollajda ilk baxışdan nəzərə çarpmayan, amma çox vacib olan daha bir problem var — heykəlin üstündəki kölgələrin istiqamətilə, şəhərin kölgələri bir-birinə əks istiqamətdədir (maşınların kölgələrinə fikir verin).
Bəlkə də çoxlu vaxt sərf edib bu problemi həll etmək olardı, amma daha tez nəticə üçün mən sadəcə olaraq şəhərin fotosunu üfüqi istiqamətdə çevirdim )). Arxa fonda olan binalar kəskin görünməsin deyə Blur Tool (R) vasitəsilə fokusu itirdim. Heykəl daha samballı görünsün deyə, ölçüsünü əvvəlkinə nisbətən bir az da artırdım.
Heykəl olan qat şəhərə nəzərən daha çox kontrastlıdır. İlk olaraq bu problemi aradan qaldıraq.
Standart rənglər maraqlı görünmür, ona görə də rəng korreksiyasına ehtiyac var. Selective Colors vasitəsilə "şəhərdə" dominantlıq təşkil edən göy və yaşıl rəngləri zövqə görə tənzimləyək.
Layers (F7) pəncərəsində aşağı hissədə yerləşən Create New Adjustment Layer düyməsini basmaqla 2 Gradient Map əlavə edək.
Birincisində rəng keçidi aşağıdakı kimi olacaq. Qatın rejimi Soft Light, şəffaflığı 18-20 faiz.
Digər qatda da Soft Light, lakin şəffaflıq 70 faiz.
Ən üstə belə bir qat əlavə etdim (qatın fonunu boz rənglə doldurub, mərkəzi hissəni ağ fırça ilə ağartdım ).
Qatın rejimini Multiply edib, şəffaflığı tənzimlədim. Son olaraq qatları yeni bir qatda birləşdirib (Ctrl+Shift+Alt+E), kəskinliyi artırdım.
Nəticəni nisbətən tam ölçüdə görmək üçün tıklayın... Gördüyünüz kimi sonda maraqlı və bir o qədər də süni görünməyən nəticə əldə etmiş olduq ))). Hələlik... Oxşar mövzular
|









































Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.