| Guideguide — Photoshop-da modul torunun (setka) hazırlanması üçün plaqin (plug-in) |
| Müəllif: Rizvan Bağırlı |
| 09.01.12 17:55 |
|
Photoshop-da işləyərkən bəzən proqramın öz alət və funksiyaları yetərli olmur. Bu zaman xüsusi kiçik proqramlar — plaqinlər köməyimizə gələ bilər. Bundan sonra imkan düşdükcə faydalı plaqinlər haqqında materiallar hazırlayıb, sizə təqdim edəcəm. Tanışlıq üçün ilk olaraq GuideGuide plaqinini seçdim. Saytda hazırladığım veb-dizaynla bağlı materiallarda dizayn üçün tez-tez setkadan, modul torundan istifadə edirdim. Adətən bu setkanı hazır şəkildə yükləyirdim. Çünki Photoshop-un öz metodları ilə köməkçi xətkeşlərin (torun) hazırlanması bir o qədər də praktik deyil. Lakin GuideGuide plaqininin köməyi ilə bu işi asanlaşdırmaq mümkündür. İlk olaraq bu saytdan Photoshop-unuzun versiyasına uyğun plaqini endirib, yükləyin.
Sonra Photoshop-u açıb, menyudan Window-Extensions-GuideGuide bölümünə daxil olun.
Açılan pəncərənin köməkliyi ilə bizə lazım olan modul torunu hazırlaya bilərik.
İlk dörd bölmədə səhifənin kənarlarından olan məsafəni müəyyən edə bilərsiniz. 5-ci və 6-cı bölmələr sütunların və sətirlərin sayını göstərir. Sonrakı iki bölmə sətir və sütunların hündürlüyünü və enini, son iki bölmə isə sütun və sətirlər arasında olan məsafəni göstərir. Lazım olan parametrləri daxil edib, "GG" düyməsini basdıqdan sonra lazım olan setkanı əldə edəcəksiniz.
Bu setkanın köməyini əyani şəkildə aşağıda görə bilərsiniz.
Oxşar mövzular
|

























